Ad,Soyad | Bəyimxanım Vəliyeva |
Yaş | 20 Sentyabr 1989 (35 Yaş ) |
Doğulduğu yer | Bakı |
Vəzifə | Müğənni, xanəndə |
Yenilənmə tarixi | 24-12-2016 |
Bəyimxanım Vəliyeva (tam adı:Bəyimxanım Ənvər qızı Vəliyeva) — Muğamların mahir ifaçısı, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycanın əməkdar artisti (2015).
Bəyimxanım Vəliyeva 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1998-ci ildə “Bülbül” adına orta ixtisas musiqi məktəbinin Ağaxan Abdullayevin xanəndəlik sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Milli Konservatoriyasının “Solo oxuma” fakültəsinə Ağaxan Abdullayevin muğam sinifinə daxil olmuş, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirib elə həmən il də Konservatoriyanın magistr pilləsinə daxil olmuş və 2013-cü ildə magistraturanı fərqlənmə ilə bitirmişdir. 2014-cü ildən doktorantura pilləsində təhsil alır.
İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında “Nargilə” mahnısı ilə çıxış etmişdir. -
1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə “Ananın səsi” mahnısı ilə 1-ci yerə layiq görülmüş, -
1996-cı ildə keçirilən “7-17” müsabiqəsinin qalibi olmuş,
1997-ci ildə “Pöhrə-97” müsabiqəsinin laureatı olmuş, -
1997-ci ildə keçirilən “İstedadlar axtarırıq” müsabiqəsinin Fəxri Diplomuna layiq görülmüş, -
1998-ci ildə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi II “Uşaq Muğam festifalı”nın Diplomuna layiq görülmüş, -
1999-cu ildə “Amoco” qrupunu təşkil etdiyi III “Uşaq Muğam Festivalı”nın Diplomantı adına layiq görülmüş, -
1999-cu ildə “Muğam” Assosiasiyasının təşkil etdiyi “Muğam-99” Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına layiq görülmüş, -
1999-cu ildə “Rezonans” qəzetinin “Ulduzlar” devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının “Mahnı-99” müstəqil müsabiqənin yekunlarına görə “İlin Pöhrəsi” nominasiyasına layiq görülmüş, -
2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli laureat adına layiq görülmüş, -
2001-ci ildə keçirilən “Muğam-2001” Müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüş, -
2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülmüş, -
2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna layiq görülmüş, -
2005-ci ildə Respublika üzrə “Space” telekanalında keçirilən “Üzeyir Hacıbəyov-120” 1-ci televiziya muğam müsabiqəsinin laureatı olmuş, -
2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı Gecələri” estrada mahnı müsabiqəsində “Ən yaxşı səhnə mədəniyyəti” nominasiyasına layiq görülmüş, -
2009-cu ildə keçirilən Beynəlxalq müsabiqənin Diplomantı adına layiq görülmüşdür. -
2000-ci il ildən bu günə kimi Azərbaycan muğamını Azərbaycandan kənarda Avropa ölkələrində təmsil etmişdir. -
2000-ci ildə Fransa və Almaniyada 1-ay müddətində keçirilən silsilə konsert proqramlarında, -
2002-ci ildə Türkiyədə keçirilən “Azərbaycan mədəniyyət günləri”ndə, -
2003-cü ildə Yaltada keçirilən “Yalta-2003” müsabiqəsinin Fəxri diplomuna layiq görülmüş, -
2004-cü ildə Qırğızıstanda keçirilən “İssık-Kul Ulduzları” adlı festivalın Fəxri Diplomuna layiq görülmüş, -
2006-cı ildə Qazaxıstanın Aktau şəhərində keçirilən “Xəzəryanı Ölkələrin Musiqi Festivalı”nda 2-ci yerə və Gümüş medala layiq görülmüş, -
2007-ci ildə ABŞ-ın bir çox ştatlarında Nyu-York, Vaşinqton, Nyu Orlean, Vest Vercinia da keçirilən “Azərbaycan Mədəniyyət Günləri”ndə, -
2008-ci ildə Kanadada keçirilən “Niaqara” festifalında, -
2008-ci ildə İsveçrədə keçirilən “Azərbaycan Mədəniyyət Günləri”ndə, -
2009-cu ildə Brusseldə keçirilən “Azərbaycan Mədəniyyət Günləri”ndə, -
2009-cu ildə İsrailin Yerusəlim şəhərində keçirilən festivalda İzrail musiqiçiləri ilə sintez 2-saatlıq muğam konserti vermiş, -
2009-cu ildə Birləşmiş Ərəb Əmirliyində “Azərbaycan Mədəniyyət Günləri”ndə çıxış etmiş, - Dəfələrlə Moskva, Ukrayna, Sibir, İngiltərə, Türkiyə, Lelinqrad və s. keçirilən “Azərbaycan Mədəniyyət günləri”ndə Azərbaycan muğamını və mahnılarını layiqincə təmsil etmişdir. -
2009-cu ildə Bəstəkar Süleyman Ələsgərov adına mükafatın laureatı adına layiq görülmüşdür. -
2011-ci ildə Zirvədəkilər mükafatı üzrə “Xalq musiqisi janrında İli qadın müğənnisi” nominasiyası ilə təltif olunmuşdur. -
2012-ci ildə Yaxşıların Yaxşısı milli mükafatında “Xalq musiqisi janrında ən yaxşı gənc ifaçı” nominasiyası üzrə təltif olunmuşdur. -
2015-ci ildə İsraildə Yerusəlimdə keçirilən beynəlxalq müsabiqədə uğurla çıxış etmişdir.
2006-cı ildən 2009-cu ilə qədər Azərneftyağ Səhmdar Cəmiyyətinin nəzdindəki “Mədəniyyət evi”ndə solist kimi fəaliyyət göstərmişdir. -
2006-cı ildən 2010-cu ilə qədər isə Azərbaycan Dövlət Muğam Teatrının solisti vəzifəsində çalışmışdır. -
2012-ci ilin oktyabr ayından indiyə qədər Azərbaycan Dövlət Televiziyasının solisti vəzifəsində çalışır. -
2012-2015-ci illər Azərbaycan Milli Konservatoriyasında “Konsertmeyster-müəllim” vəzifəsində çalışmışdır.
2015-ci ildən indiyədək Azərbaycan Milli Konservatoriyasında müəllim vəzifəsində çalışır.
14 sentyabr 2015-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.