Ad,Soyad | Birkan Sokullu |
Yaş | 6 Oktyabr 1985 (39 Yaş ) |
Doğulduğu yer | İstanbul / Türkiyə |
Vəzifə | aktyor |
Boy | 186 |
Çəki | 76 |
Göz rəngi | Açıq qəhvəyi |
Saç rəngi | Şabalıdı |
Təhsil | Maltepe Universiteti Radio TV Programcılığı |
Yenilənmə tarixi | 13-02-2017 |
Birkan Sokullu 6 oktyabr 1985 tarixində İstanbulda dünyaya gəlmişdir.
2003-ci ildə, "Best Model Of Turkey" yarışmasında üçüncü oldu. Maltepe Universiteti Radio TV Programcılığı ixtisasını bitirdi. 10 il professional basketbol oynadı. Maltepe Universitetində oxuyarkən maneken və modellik etdi.
Aktrisa Dolunay Soysertdən aktyorluq dərslər aldı. "Küçük Kadınlar" serialında Ayaz xarakteri ilə diqqət çəkdi. 2010-ci ildə Tims production ilə razılaşdı. "Küçük Sırlar" serialında "Dəmir" rolu izləyici tərəfindən bəyənildi və bu onun karierası üçün dönüş nöqtəsi oldu.
2012-ci ildə "Uçurum" serialında ehtiraslı bir jurnalisti canlandırdı. 2013 mövsümündə isə Fatih serialında Şahzadə Mustafanı canlandırdı, ancaq dizi uzun ömürlü ola bilmədi.
2014-ci ilin fevral ayında ekranlarda olan "Kurt Seyt & Shura" adlı serialda Kıvanç Tatlıtuğ ilə birlikdə rol aldı.
Birkan Sokullu, 13 iyul 2012 tarixində aktrisa Aslı Enver ilə evləndi. 26 Avqust 2015 tarixində boşandılar.
2016-ci ildə Kanal D-də nəşr olunan və ssenarisini Mahinur Ergünün yazdığı, rejissorluğunu Cem Karcının etdiyi və baş rollarında Birkan Sokullu, Tayanç Ayaydın, Burcu Biricik, Ecem Özkaya, Seray Gözlər Yeniay, Ahmet Mümtaz Taylan'ın oynadığı "Hayat Şarkısı" adlı serialın musiqilərini Mithat Can Özer, Çağlar Haznedaroğlu və Uğur Akyürek etdi.