Furkan Andıç
Aktyor
2007-günümüz
2016 - Tatlı İntikam, 2015 - Kırgın Çiçekler, 2014 - Kaçak Gelinler, 2013 - Yağmurdan Kaçarken, 2013 - Aşk Ekmek Hayaller, 2012 - Umutsuz Ev Kadınları, 2011 - Kolej Günlüğü
43. Pantene Altın Kelebek Ödülleri En İyi Komedi Dizisi Erkek Oyuncu (Tatlı İntikam), En İyi Dizi Çifti (Pelin-Sinan)- Tatlı İntikam
Bir müddət Kaçak Gelinler adlı serialda tanış olduğu Deniz Baysalla birlikdə olmuşdur.
Ad,Soyad Furkan Andıç
Yaş 4 Aprel 1990 (34 Yaş )
Doğulduğu yer İstanbul / Türkiyə
Vəzifə aktyor
Boy 190
Çəki 85
Göz rəngi qəhvəyi
Saç rəngi Açıq qəhvəyi
Təhsil Yeditepe Universiteti Vizual Rabitə İxtisası
Yenilənmə tarixi 14-02-2017

Furkan Andıç 4 Aprel 1990 tarixində İstanbulda Üsküdar Zeynep Kamil xəstəxanasında dünyaya gəlmişdir. İbtidai məktəbi və liseyi Ataşehirdə oxudu. 2007-ci ildə məzun olduqdan sonra Ukraynaya getdi. Ukraynada Kiyev Politexnik Universitetində ilk il hazırlıq və dil təhsili aldı. İkinci ilində isə yəni 2009-ci ildə iqtisadiyyat ixtisasında oxudu. 

Universitet həyatına İstanbul Bilgi Universitetində Radio və Televiziya Programcılığı fakültəsində başladı. Daha sonra 2011-2012 təhsil ili 1. Dövründə Yeditepe Universiteti Vizual İletişim və Dizayn ixtisasına keçiş etdi. Seriallar çəkilişləri üzündən məktəbi dondurmuş vəziyyətdədir. Təxminən 11 il lisenziyalı olaraq basketbol oynadı.

Furkan Andıç Bir çox reklam filmində oynayaraq aktyorluq karierasına başladı. 2007-ci ildə Eti Bi Dolu, 2008-ci ildə Vatan Computer, 2011-ci ildə isə Turkcell və Marmara Forum AVMləri reklamlarında oynadı. 2011-ci ildə "Kolej Günlüğü" serialında Mert xarakterini canlandıraraq televiziyada görünməyə başladı.

2012-ci ildə "Adını Feriha Koydum Əmirin Yolu" serialında Furkan Andıç "Selim" xarakterini oynadı.

2012-ci ildə, baş rollarında Songül Öden, Bennu ildırımlar, Ceyda Düvenci və Evrim Solmazın oynadığı "Umutsuz Ev Kadınları" serialında rol alaraq Levent xarakterini canlandırdı.

2013-ci ildə "Yağmurdan Kaçarken" adlı serialda Carlos Martin, Ezgi Asaroğlu, Ayça Erturan, Ali Ersan Duru, Furkan Andıç, Ebru sancı, Serkan Şenalp, Doğukan Polat ilə birlikdə rol aldı.

2014-ci ildə isə "Kaçaq Gelinler" serialında baş rollarını Furkan Andıç Açelya Topaloğlu, Selin Şekerci, Deniz Baysal, Fırat Albayrak ilə paylaşdı.

2016-cı ildə Tatlı İntikam adlı serialda Leyla Lydia Tuğutlu ilə  birlikdə baş rolları bölüşdü.