Ad,Soyad | Alperen Duymaz |
Yaş | 3 Noyabr 1992 (32 Yaş ) |
Doğulduğu yer | Ankara / Türkiyə |
Vəzifə | aktyor |
Boy | 183 |
Çəki | 73 |
Göz rəngi | qəhvəyi |
Saç rəngi | qəhvəyi |
Təhsil | Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr ixtisası |
Yenilənmə tarixi | 19-02-2017 |
Alperen Durmaz 3 Noyabr 1992 tarixində Ankarada dünyaya gəldi. Hacettepe universitetində təhsil gördüyü illərdə barlarda mahnı söyləyərək məktəb xərcliyini çıxarırdı. Musiqiyə ara verdiyi dövr professional olaraq modellik karierasına başladı və daha sonra məşhur markaların reklam filmlərində rol alaraq ilk dəfə ekranlarda göründü. Ekranlara çıxmasıyla birlikdə düzgün görünüşü və aktyorluğa olan qabiliyyəti sayəsində prodüserlərin diqqətini topladı.
2015-ci ildə xarici bir serialdan uyğunlaşdırma olan "Tatlı Küçük Yalancılar" adlı televiziya serialda Büşra dəvəli, Bensu Soral və Cem Kırcı ilə birlikdə oynadı. Ancaq Star Tv kanalında nümayiş olunan serial, reytinq gözləntilərini qarşılaya bilməyəndə serial 13 bölümün ardından ekranlara vida etdi. Bu serial bitdikdən bir neçə ay sonra "Acı Aşk" adlı bir başqa serialla təkrar tamaşaçının qarşısına çıxdı. Canlandırdığı Ali Köklükaya xarakteriylə bir anda tanınmağı bacaran Alperen Durmaz, serialın önə çıxan adlarından biri oldu və Selin Şekerci ilə birlikdə baş rol oynadı. Hal-hazırda tamaşaçılar tərəfindən bəyənilən Bodrum Masalı adlı serialda Ateş adı ilə baş rol xarakterini canlandırır.