Bülbül
Müğənni
"Sənsiz" – Üzeyir Hacıbəyov "Sevgili canan" – Üzeyir Hacıbəyov "Ölkəm" – Asəf Zeynallı "Süsən sünbül" – xalq mahnısı "Yaxan düymələ" – xalq mahnısı "Qara gözlər" – xalq mahnısı "Çal-oyna" – xalq mahnısı "Segah təsnifləri" "Xumar oldum" – xalq mahnısı Niyazinin işləməsində.
Koroğlu – Üzeyir Hacıbəyov, "Koroğlu" Əsgər – Üzeyir Hacıbəyov, "Arşın mal alan" Qərib – R.M. Qlier, "Şahsənəm" Əlyar – Müslüm Maqomayev, "Nərgiz" Nizami – Əfrasiyab Bədəlbəyli, "Nizami" Fərhad – Niyazi, "Xosrov və Şirin" Aslan – Qara Qarayev və Cövdət Hacıyev, "Vətən" Mario – Cakomo Puççini, "Toska"
SSRİ xalq artisti (1938), SSRİ Dövlət Mükafatı laureatı (1950), Lenin Ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Şərəf nişanı" ordeni, İtaliyanın Qaribaldi ordeni
Oğlu Polad Bülbüloğlu müğənni, bəstəkar və diplomatdır. Nəvəsi Teymur Bülbül Rusiya Federasiyasının Əməkdar Artistidir.
Məmmədov Murtuza Məşədi Rza oğlu
Ad,Soyad Bülbül
Yaş 22 İyun 1897 (127 Yaş )
Doğulduğu yer Şuşa
Vəzifə opera müğənnisi, təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı
Yenilənmə tarixi 24-12-2016

Məmmədov Murtuza Məşədi Rza oğlu (Bülbül) (Bülbül adı ona xalq tərəfindən qeyri-adi dərəcədə məlahətli səsinə görə verilmişdir. 22 iyun 1897, Xanbağı, Şuşa – 26 sentyabr 1961, Bakı) — Azərbaycan opera müğənnisi (lirik-dramatik tenor), mahir təsnif ifaçısı, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal sənətinin banisi, SSRİ xalq artisti, Stalin mükafatı laureatı.

Bülbül 22 iyun 1897-ci ildə Şuşa yaxınlığında, hazırda Xankəndinin cənub ərazisi olan Xanbağı adlanan yerdə anadan olmuşdur. Səhnə fəaliyyətinə 1916-cı ildən başlamışdır. 1920-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası) solisti olmuşdur. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" (İbn Salam), "Əsli və Kərəm" (Kərəm), Z.Hacıbəyovun "Aşıq Qərib" (Qərib) operasında oynamışdır. 1927-ci ildə Bakı Konservatoriyasını bitirmişdir. Təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə getmişdir. 1931-ci ildə Milan Konservatoriyasını (Cüzeppe Anselmi, Delliponti və R. Qraninin sinfini) bitirib Azərbaycana geri dönmüş və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlamışdır. 1932-ci ildə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində Azərbaycan xalq musiqisini öyrənən elmi-tədqiqat kabineti yaradılmışdır. 1945-ci ildən etibarən Azərbaycan xalq musiqisinin tədqiqi ilə Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutu məşğul olmağa başlamışdır. 1938-ci ildə SSRİ xalq artisti adına layiq görülmüşdür. 1940-cı ildə professor seçilmişdir. 1950-ci ildə SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Azərbaycan SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ–nin 2 dəfə Lenin Ordeninə, 2 Qırmızı Əmək Bayrağı ordeninə, "Şərəf nişanı" ordeninə, İtaliyanın Qaribaldi ordeninə və medallara layiq görülmüşdür.

26 sentyabr 1961-ci ildə Bakı şəhərində vəfat etmişdir.Məzarı Birinci Fəxri Xiyabandadır.

Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır, onun adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdində musiqi məktəbi fəaliyyət göstərir.