Farah Zeynep Abdullah
Aktyor
2010-günümüz
2010 – 2012 - Öyle Bir Geçer Zaman ki, 2013 - Kelebeğin Rüyası, 2014 - Kurt Seyid ve Shura, 2014 - Bi Küçük Eylül Meselesi, 2014 - Unutursam Fısılda (film), 2015 - Barbie Prenses ve Rockstar (Prenses Azra) (seslendirme), 2016 - Ekşi Elmalar (Sinema Filmi)
2011 - Antalya Televizyon Ödülleri, En İyi Yardımcı Kadın Oyuncu; Öyle Bir Geçer Zaman ki, 2013 - 18. Sadri Alışık Tiyatro ve Sinema Ödülleri, Yardımcı Rolde Yılın En Başarılı Kadın Oyuncusu; Kelebeğin Rüyası, 2014 - 46. Siyad Türk Sineması Ödülleri - En iyi yardımcı kadın oyuncu (Kelebeğin Rüyası)
Bir müddət aktyor və aparıcı Eser Yenenlerlə sevgili olmuş, daha sonra ayrılmışdılar.
Ad,Soyad Farah Zeynep Abdullah
Yaş 17 Avqust 1989 (35 Yaş )
Doğulduğu yer İstanbul / Türkiyə
Vəzifə Aktrisa
Boy 161
Çəki 52
Göz rəngi qəhvəyi
Saç rəngi Tünd sarı
Təhsil Kent Universiteti (İngiltərə) Fransız-Drama B2ölümü
Yenilənmə tarixi 21-02-2017

Farah Zeynep Abdullah 1989-ci ilin avqust ayında İstanbulda dünyaya gəldi. Əslən İraqlı bir atanın qızı olan Zeynep, liseyə İstanbulda başladı və İngiltərədə bitirdi. Atasının peşəsi səbəbindən getdiyi İngiltərədə universitetə davam etdi və professional olaraq universitet illərində teatr oyunlarında iştirak etdi. Universitetinin ikinci ilində "Öyle Bir Geçer Zaman Ki" adlı serialdan təklif aldı və məktəb qeydini donduraraq serialda Aylin xarakterini canlandırdı.

2013-ci ildə təhsilini tamamlayaraq diplomuna qovuşdu. Eyni il Kıvanç Tatlıtuğun baş rol oynadığı "Kelebeğin Rüyası" adlı kino filmdə rol aldı. Bu illərdə məşhur komediyaçı Eser Yenenler ilə yaşadığı eşq maqazin gündəmlərinə uzun müddət düşmədi. Ardından 2014-ci ildə "Kurt Seyit və Şura" serialında baş rol oynadı. Star TV ekranlarında nümayiş olunan və reytinq rekordlarını alt-üst edən bu dizi sayəsində karierasının zirvəsinə çıxdı. Farah Zeynep Abdullah aktrisalıq ilə bərabər 2015-ci ildə "Barbie Şahzadə və Rockstar" adlı filmlər filmində Şahzadə Azra xarakterinin dublajını da etdi.