Ad,Soyad | Berk Cankat |
Yaş | 9 May 1984 (40 Yaş ) |
Doğulduğu yer | Ankara / Türkiyə |
Vəzifə | aktyor |
Boy | 185 |
Çəki | 75 |
Göz rəngi | qəhvəyi |
Saç rəngi | Tünd sarı |
Təhsil | Bilkent Universiteti Gözəl Sənətlər Dizayn və Memarlıq Fakültəsi Qrafik Dizayn ixtisası |
Yenilənmə tarixi | 21-02-2017 |
Berk Cankat 9 May 1984 tarixində Ankarada dünyaya gəlmişdir. Memar olan atasının peşəsi səbəbi ilə Eskişehir və Hatay kimi şəhərlərdə uşaqlığı keçdi. Buna görə İbtidai məktəbi Hatayda oxudu. Sonra da orta məktəb və liseyi Ankarada oxudu.
Ankara Bilkent Universiteti Gözəl Sənətlər Fakültəsi Qrafik Dizayn ixtisasından məzun oldu. Universitetdən məzun olduqdan sonra çox yaxın yoldaşı ilə birlikdə printmaker peşəsini etmək üçün İstanbula gəlmişdir. Bir qrafik işində işə başladı. Bir tərəfdən də teatr dərsi almağa başladı. Akademiya 35 Yarım İncəsənət Evində aktyorluq təhsili aldı.
2013-ci ildə "Sana bir sirr vereceğim" adlı serialda; Murat Han, Esra Ronabar, Ekin Koç, Demet Özdemir ilə birlikdə oynayaraq dizi film həyatına başladı.
2014-ci ildə baş rollarını Çağatay Ulusoy ilə Serenay Sarıkayanın oynadığı "Medcezir" serialına 24-cü Bölümdə Selim Serezin xala oğlu "Cem" xarakteri, qonaq oyunçu olaraq iştirak etdi. 25. Bölüm sonunda serialdan ayrılmışdır.
2014-ci ilin iyun ayında başlayan "Güzel Köylü" adlı serialda Mehmet Ali Nuroğlu və Gizem Karaca ilə baş rolda "Cemal" xarakterini canlandırdı. Serialın digər aktyorları Ahmet Mümtaz Taylan, Zerrin Sümer, Əli İpin kimi peşəkar aktyorlar olmuşdur.