Saruhan Hünel
Aktyor
1992-günümüz
2015 - Karagül, 2012 - Araf Zamanı, 2009 - Yeni Baştan, 2008 - Serçe, 2006 - Kaybolan Yıllar, 2002 - Melek, 1997 - Aynalı Tahir, 1992 - Gündüzün Karanlığı
Oğlaq
2016-cı ildə Saruhan Hünelin köhnə sevgilisi jurnalist Eda Sönmeze şiddət tətbiq etdiyi iddia olunmuşdu.
Ad,Soyad Saruhan Hünel
Yaş 7 Yanvar 1970 (54 Yaş )
Doğulduğu yer İstanbul / Türkiyə
Vəzifə aktyor
Boy 180
Çəki 74
Göz rəngi qəhvəyi
Saç rəngi qara
Təhsil Marmara Universiteti İdarəçilik fakültəsi
Yenilənmə tarixi 23-02-2017

Saruhan Hünel 7 yanvar 1970 tarixində İstanbulda ailənin ilk uşağı olaraq dünyaya gəlmişdir. Tam adı Məhərrəm Saruhan Hüneldir. Ana tərəfi Bağdaddan Türkiyəyə gələn Ərəb, ata tərəfi isə Alban mənşəli Selaniklidir. Türk sənət musiqisi sənətçisi Aslı Hünel (d.1977) bacısıdır. Peşə liseyində tekstil ixtisasında oxudu. Marmara Universiteti İdarəçilik hissəsini qazandı amma davam edə bilmədi. Manekenlik kurslarına getdi.

İş həyatına manekenlik edərək başladı. 20li yaşlarda TRT üçün çəkilən bir neçə tarixi filmdə oynadı. Sonra Emrahla üç serialda rol aldı. Əsgərlikdən sonra Aynalı Tahir serialından təklif gəldi. 6 bölüm üçün razılaşmışdı; amma dizi 170 bölüm çəkildi və 5 il davam etdi.

Saruhan Hünel 1992-ci ildə "Gündüzün Qaranlığı", 1993-ci ildə "Yasak Sokaklar", 1998-ci ildə "Unutabilsem" seriallarında Emrah ilə birlikdə oynamışdır.