Cavan Zeynallı
Müğənni
1976-günümüz
Mənim İllərim, Qoca Qartal, Yadındamı, Çıx Qatar yoluna
Benefis (veriliş, 2007) Çətirimiz buludlardır (film, 1976) Dantenin yubileyi (film, 1978) Əlvida, cənub şəhəri (film, 2006) Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000) İstintaq (film, 1979) Kədərimiz... Vüqarımız... (film, 1998) Koma 0,1 saniyədə (film, 2008) Qonşu qonşu olsa... (film, 1989) Oqtay Ağayev. Ötən günlər (film, 2004) Park (film, 1984) Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979) Tam məxfi (film, 2004) Yanmış körpülər (film, 2003) Yollar görüşəndə... (film, 1979)
Prezidenti İlham Əliyev 21 dekabr 2015-ci ildə Cavan Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
ötən əsrin 70-80-ci illərində estradamızın ən məşhur qrupu olan “Qaya”nın solisti olmuşdur. Ailəlidir. Həyat yoldaşı Röya xanım şairədir.
Zeynallı Cavan Mirzəməmməd oğlu
Ad,Soyad Cavan Zeynallı
Yaş 1 Yanvar 1945 (79 Yaş )
Vəzifə Müğənni. Cazmen. Aktyor, Orkestr rəhbəri
Yenilənmə tarixi 24-12-2016

Cavan Zeynallı 1967-ci ildə A.Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979-2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir.

Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış etmişdir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev 21 dekabr 2015-ci ildə Cavan Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.