Dinarə Əliyeva
Müğənni
2002-günümüz
Eugene Onegin, Op. 24, Act I: Puskay pogibnu ja , "Letter Scene" 6 Songs, Op. 4: No. 4. Ne poy, krasavitsa
Alieva & Antoņenko, Pace, mio Dio, Russian Songs and Arias
2007-ci ildə Dinara Əliyeva Maria Kallas festivalında laureatı olub, 2009-ci ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabigəsinin laureatı olub. 2010-ci ildə Əliyeva Plasido Dominganın mahnı müsabigəsinin laureatı olub. "Əməkdar artist" (2010)
Bir anın həqiqəti (film, 2003)
Ad,Soyad Dinarə Əliyeva
Yaş 17 Dekabr 1980 (44 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Opera ifaçısı
Yenilənmə tarixi 24-12-2016

Dinarə Əliyeva 1980-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Bülbül adına orta ixtisas musiqi məktəbini 1998-ci ildə bitirmişdi. 2004-cü ildə isə Bakı Musiqi Akademiyasını magistr pilləsi üzrə bitirmişdir. Hazırda Musiqi Akademiyasının aspiranturasında təhsil alır.

Hələ 1998-ci ildə Bülbül adına məktəbin şagirdi ikən D.Əliyeva Vokalçıların orta ixtisas musiqi məktəbləri üzrə keçirilən VII Respublika müsabiqəsində iştirak etmiş və müsabiqənin laureatı olmuşdu.

2002 – 2005 illərdə Azərbaycan Dövlət Opera və Balet teatırın solistı olub. 2004-ci ilin əvvəllərində, Dinara Əliyeva Puççininin "Boqema" operasının tamaşasında ifa etdiyi Mimi partiyası müğənnin simasında milli opera səhnəmizdə yeni bir ulduzun parladığını xəbər verdi. 2005-ci ildə C.Verdinin "Trubadur" operasının tamaşasında Leonora partiyası ilə Dinarə öz sənət bioqrafiyasına daha bir uğur yazmışdır. Hazırda isə D.Əliyeva "Traviata" operasında əsas partiyalardan biri Violetta partiyası üzərində çalışır.

Yüksək istedadı ilə fərqlənən və BMA-nı fərqlənmə diplomu ilə bitirən D.Əliyeva 2004-cü ildə dünya şöhrətli müğənni Monserrat Kabalyenin Bakıya səfəri zamanı onun keçirdiyi ustad dərsində çıxış etmiş və gənc vokalçının ifası M.Kabalye tərəfindən yüksək qiymətləndirilmişdir.

2005-ci ildə D.Əliyeva Vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsində iştirak etmiş, nüfuzlu münsiflər heyəti onun ifasını çox bəyənmiş və D.Əliyeva üçüncü yerin sahibi kimi laureat adına layiq görülmüşdür.

2007-ci ildə Dinara Əliyeva Maria Kallas festivalında laureatı olub, 2009-ci ildə Yelena Obraztsova beynəlxalq mahnı müsabigəsinin laureatı olub.

2010-ci ildə Əliyeva Plasido Dominganın mahnı müsabigəsinin laureatı olub.

Gənc olmasına baxmayaraq D.Əliyeva artıq milli vokal sənətimizi Azərbaycanın hüdudlarından kənarda ləyaqətlə təmsil edir. Misir və Rusiyada keçirilən Azərbaycan mədəniyyəti günlərində D.Əliyevanın parlaq ifasına tamaşaçılar tərəfindən yüksək qiymət verilmişdir. D.Əliyeva eyni zamanda bir çox hökumət və yubiley tədbirlərində müvəffəqiyyətlə çıxış edir.