Abbas Bağırov
Müğənni
2005-günümüz
Yaz Yağışı (instrumental), Cəmilə, Yeni il, Yaşanan günlər, Yol, Милая моя, Ayrı Sahillərin Eyni Dalğaları, Bol proydet, Sevirəm, Yaz Yağışı, Sarı gəlin, Sən yadıma düşəndə, Tuk-Tuk, Taksi, Toy mahnısı, Sevği Nəğməsi, Son dəfə, Unutulmaz, Sevəcəyəm Səni, Soyuqlaşdın, Sevgimiz, Tbiliso, Sevğim ağlayır, Gəzirəm o günləri, Necə unudum səni, Bir axşam taksidə, Aləm gözəl, Yaz Gəldi, Bakı, Bu sevgidə kim uduzdu kim uddu
Abbas Bağırov bir dəfə ailə həyatı qurub boşanıb. Afət adında qızı var. Hazırda subaydır.
1. Cənnətdir Bakı (2002) 2. Eşqin məhəbbəti (2004) 3. Aldanma (2007) 4. Balamın balası (2008) 5. Bilərsənmi (2008) 6. Sarı gəlin (2009) 7. Aləm gözəl (2012) 8. Sev məni (2013) 9. Ne yaxşıki sən varsan [2014]
qis nagili (2001) , məhəllə (2002), məhəllə2moskvada (2003)
Ad,Soyad Abbas Bağırov
Yaş 29 Avqust 1982 (42 Yaş )
Doğulduğu yer Tovuz
Vəzifə müğənni, bəstəkar
Boy 170
Çəki 80
Yenilənmə tarixi 21-12-2016

Abbas Bağırov 29 avqust 1982-ci ildə Tovuz şəhərində, ziyalı ailəsində anadan olub. 1988-ci ildə Gəncə şəhərində 34 nömrəli orta məktəbə daxil olub və eyni zamanda Gəncə şəhəri 2 nömrəli musiqi məktəbində fortepiano üzrə Kamal Şirinovdan dərs alıb. 1998-ci ildə məktəbi bitirib.

2000-2002-ci illərdə Tərtər rayonundakı Maliyyə İqtisad kolecində təhsil alıb. 2002-ci ildən musiqi ilə ciddi məşğul olmaq üçün Bakı şəhərinə gəlib və vokal sənətini ciddi öyrəni öyrənərək müxtəlif sənətkarlardan dərs alıb.

2002-ci ildən Azərbaycanın əməkdar artisti Ənvər Sadıqov ilə çalışmağa başlayıb. Gəncədə yaşayarkən uşaqlıq dostu olan pianoçu və aranjmançı Samir Şirinovla birgə çalışıb.

2003-2005-ci illərdə Bakı Musiqi Akademiyasının müəllimlərindən dərslər alıb. Bakı şəhərində keçirilən bir çox festivallarda laureat olub. Həmçinin Türkiyə, Rusiya, Fransa, İtaliya, Amerika və digər Avropa ölkələrində təşkil olunan festivallarda da, Azərbaycanı təmsil edib.

2005-2009-cu illərdə “A-trio” adlı qrup yaradıb. Lakin bir müddət sonra qrup dağılıb.

2006-ci ildə “Sarı gəlin” xalq mahnısına qısametrajlı film-klip çəkdirib.

2007-ci ildə Gəncə şəhərinin 2500 yaşıyla əlaqədər şəhər icra hakimiyyətinin önündəki meydanda konsert verib. Son bir neçə ildir ki, özü də mahnı yazır: həm sözlərini, həm muqiqisini. Bu bəstələri, həm özü, həm də bir çox digər müğənnilər ifa edirlər.

2011-ci ildə Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncama əsasən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.