Ad,Soyad | Ədalət Şükürov |
Yaş | 22 Aprel 1966 (58 Yaş ) |
Doğulduğu yer | Sumqayıt |
Vəzifə | Müğənni |
Boy | 168 |
Çəki | 80 |
Yenilənmə tarixi | 24-12-2016 |
Ədalət Şükürov 22 aprel 1966-cı ildə Sumqayıt şəhərində anadan olub.
Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıB. 3 il "Novaya Zemlya" adasında, sualtı qayıqda hərbi xidmət edən Ədalət, qayıtdıqdan sonra 1987-ci ildə Sankt-Peterburqda fəaliyyət göstərən Mədəniyyət institununun "Kütləvi tədbirlər rejissoru" fakültəsinə daxil olur.
Ali təhsil aldıqdan sonra Ədalət Şükürov Sankt-Peterburqun 5-ci kanalında efirə gedən "Adamovo yabloko" verilişində rejissor işləyir. Bir müddət sonra o, Luqa şəhərinin baş rejissoru işləyir və kütləvi tədbirlər keçirməyə başlayır. Sonra isə mahnı bəstələməyə, və şeirlər yazmağa başlayır. Daha sonra musiqi və mətnləri aranjiman edərək, ifa edir.
İlk oxuduğu mahnı "Nişan üzüyü" olub. İlk dəfə AzTV 1-də çıxışını da məhz həmin mahnı ilə edib. Səyahətə çıxmağı xoşlayan Ədalət dünyanın 50-yə yaxın ölkəsində olub. "Salsa Viva" rəqs məktəbini bitirib. Dizaynerliklə də məşğul olan Ədalət Şükürov, arabir rəssamlıq da edir.
Ədalət Şükürov Dağıstanın xalq artistidir. 2015-ci il 26 iyulda baş tutan təqdimat mərasimində Dağıstanın prezidenti Ramazan Abdulatipov şəxsən özü azərbaycanlı sənətçini mükafatlandırıb. Dağıstan Respublikasının konstitusiyası gününə təsadüf edən mərasimdə Ədalət Şükürov həmçinin "Dağıstanda xidmətlərinə görə" medalı ilə də təltif edili]. Ədalət Şükürov Dağıstanın "Xalq artisti" fəxri adına görə Rusiya hökumətindən hər ay 4500 rubl (79 manat) aylıq müavinət alacaq. Dağıstan hökuməti əlavə olaraq ona Mahaçqala şəhərinin ətrafında 10 sot torpaq sahəsi ayırıb. Ədalət Şükürov 2000-ci ildən etibarən mütəmadi olaraq bu ölkənin əhəmiyyətli tədbirlərində çıxış edir. Onların arasında Dərbəndin ad günü, "Gənclər Günü", Respublika və konstitusiya günü və digərləri kimi əhəmiyyətli tədbirlər var.
İngilis, İspan, Rus və Azərbaycan dillərində təmiz danışır.