Dilarə Kazımova
Müğənni
2008-günümüz
"Start a Fire" (azərb. Bir qığılcım)
2008-ci il Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turları ("Unformal" qrupunun tərkibində), 2010-cu il Avroviziya seçim turları ( Milk and Kisses qrupunun solisti), 2014-cü ildə də Azərbaycanı Avroviziyada təmsil edib. 2014-cü il Ukraynada keçirilən Səs (ukr. Голос країни) müsabiqəsi
Çalış, nəfəs alma (film, 2006) Sirat körpüsü (film, 2007) 4.1. Şəhər motivləri (film, 2015)
Ailəlidir. 2014-cü ildə türkiyəli iş adamı Mərt Aslan ilə ailə həyatı qurub. Heyvanları sevir və prinsipial olaraq xəz geyinmir.
Ad,Soyad Dilarə Kazımova
Yaş 20 May 1984 (40 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Yenilənmə tarixi 24-12-2016

Dilarə Kazımova 20 may 1984-cü ildə Bakıda anadan olub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirib, ixtisası – opera vokalıdır. İkinci təhsilini incəsənət gimnaziyasında alıb.

Dilarə Kazımova ilk dəfə 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turlarının iştirakçısı olub. "Unformal" qrupunun tərkibində milli seçimlərin final mərhələsini ikinci yerdə başa vurub. İkinci dəfə 2010-cu ildə Avroviziya seçim turlarına qatılıb. Bu dəfə Milk and Kisses qrupunun solisti kimi seçim turunda iştirak edib və yenə də qalib ola bilməyib. Elə həmin il Dilarə Latviyanın Yurmala şəhərində keçirilən "Yeni Dalğa 2010" müsabiqəsinin laureatı olub.

Dilarə 2014-cü ildə də Azərbaycanı təmsil etmək üçün Avroviziya seçim turlarında iştirak edib. O, milli seçim turu olan Böyük Səhnə layihəsinin qalibi olub və Azərbaycanı Avroviziyada təmsil etmək hüququ qazanıb. Dilarə mayın 6-da Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş I yarımfinal mərhələsində 8-ci nömrə altında "Start a Fire" (azərb. Bir qığılcım) mahnısını ifa edib. Dilarə həmçinin 2014-cü ildə Ukraynada keçirilən Səs (ukr. Голос країни) müsabiqəsinə qatılıb və ilk mərhələni uğurla keçib.