Cavidan Novruz
Müğənni
2011-günümüz
"Son qərar", "Yasandı bitdi", "Gəl gör məni eşq neylədi", "İkimiz" , "Ezizim Fellini" kino-filmdəki soundtrack "Hardasan"
Axırıncı yol Ayıq sürücü Bəsdir, ağlama! (film, 1999) Cavad xan. Filmin filmi. Ölümün zirvəsi. 1-ci veriliş (film, 2007) Cavad xan (film, 2009) Qız atası (teleserial, 2014) (27-ci bölüm) Vicdan haqqı (teleserial, 2016)
https://www.instagram.com/cavidannovruz/
Cavidan Novruz xalq artisti Ramiz Novruzun oğludur. Ailəlidir. Turan adında bir oğlu var.
Ad,Soyad Cavidan Novruz
Yaş 12 Fevral 1987 (37 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni, aktyor, bəstəkar
Yenilənmə tarixi 24-12-2016

Cavidan Novruz 12 fevral 1987-ci ildə Bakı şəhərində xalq artisti Ramiz Novruzun ailəsində anadan olub.

Səbail rayonu 7 nömrəli orta məktəbi 2005-ci ildə bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dram-kino aktyorluğu fakültəsinə Xalq artisti Kamal Xudaverdiyevin kursuna qəbul olub. Universiteti 2009-cu ildə bitirmişdir.

Aktyorluqla bərabər vokalla da məşğul olub. Azər Zeynalovdan təhsil alıb.

Cavidan Novruz müğənnidir. O ifaçı kimidə Türkdilli dövlətlərdə Azərbaycanı layiqincə təmsil edib. "Avrasiya yıldızı" yarışmasında 2-ci yerə qədər çıxmışdır. Eyni zamanda da ifa etdiyi mahnılar var ki, bəstələri özünə aiddir.

"Son qərar", "Yasandı bitdi", "Gəl gör məni eşq neylədi", "İkimiz" adlı mahnılarını bəstələyib və "Ezizim Fellini" kino-filmdəki soundtrack "Hardasan" mahnısını ifa edib.

Universitetə qəbul olduğu il Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının istehsalı olan "Cavadxan" filmində ilk böyük rola Cavadxanın kiçik oğlu (Əliqulu xan) roluna dəvət alıb.

Uşaq yaşlarından Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində bir çox tamaşalarda rollar alıb və uşaq yaşlarından filmlərdə çəkilib.