Ehtiram Hüseynov
Aktyor
2007-günümüz
Mirzə Hüseyn segahı, Bayatı Şiraz muğamı, Mahur təsnifi
Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsi, 2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub.
Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist"i
Ailəlidir, 2 övladı var.
Ad,Soyad Ehtiram Hüseynov
Yaş 18 Oktyabr 1980 (44 Yaş )
Doğulduğu yer Laçın
Vəzifə Xanəndə
Yenilənmə tarixi 24-12-2016

Ehtiram Hüseynov 1980-cı il oktyabr ayının 18-də Laçın rayonunun Hacısamlı kəndində anadan olmuşdur.. Əslən Daşlı kəndindəndir. 1986-cı ildən Hacısamlı kənd 8 illik məktəbində təhsil alıb. 1992-ci ildə Laçın rayonunun erməni işğalçıları tərəfindən işğal olunması səbəbilə təhsilini Bakı şəhəri Binəqədi rayonu Biləcərəri qəsəbəsindəki 284 saylı orta məktəbində davam etdirmişdir. Uşaqlıq illərində "Ağdam muğam məktəbi"ndə musiqi təhsili alıb. 1994-1995-ci illərdə Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin "Bənövşə uşaq xoru"nda musiqi fəaliyyəti göstərib.

1997-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olub və buranı uğurla bitirib.

2007-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunun layihəsi əsasında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin köməyi ilə həyata keçirilən Azərbaycan Televiziyasının "Muğam" televiziya müsabiqəsində iştirak etmişdir. Bu müsabiqədə 2-ci yerə layiq görülmüşdür.

2008-ci ildə Azərbaycan Milli Konservatoriyasına daxil olub. Azərbaycan Milli Konservatoriyasının magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib. Bir çox xarici ölkələrdə qastrol səfərlərində iştirak edib.

2011-ci ildə Beynəlxalq muğam müsabiqəsinin qalibi olub. Hazırda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 12 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə tanınmış muğam ifaçısı Ehtiram Bahadur oğlu Hüseynov Naxçıvan Muxtar Respublikasının "Əməkdar artist"i fəxri adı ilə təltif olunub