Elnarə Xəlilova
Müğənni
2000-günümüz
"Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul"
"Məhəbbət payım"-2006
Məşədi İbad-94 (film, 2005) — Gülnaz Milçək (film, 2006) (mahnı ifa edən)
2006-cı ildə ailə həyatı qurub. Elnarə telejurnalist Rövşən Cahangirovla evlidir. Onların Burla Xatun, Tuğər Harun Öndər Xaqan və Ərtoğrul adında 3oğlu 1 qızı var.
Ad,Soyad Elnarə Xəlilova
Yaş 1 Oktyabr 1980 (44 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni, aktrisa
Boy 165
Yenilənmə tarixi 24-12-2016

Elnarə Xəlilova 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1987-ci ildə 144 № orta məktəbə gedib, 1997-ci ildə həmin məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. Hazırda təhsilini Milli Konservatoriyada davam etdirir.

2000-ci ildə Vaqif Gərayzadənin triosuna dəvət alıb. Qrupda çalışdığı vaxtlar Zülfiyyə Xanbabayevanın, Aygün Kazımovanın və bir çox ulduzların bek vokalisti olub. Qrupdan ayrıldıqdan sonra "Şərq ulduzları" uşaq teatrında çalışıb. Sonradan "Elnarə və onun dostları" qrupunu yaradıb. 2003-cü ildə "SS Production" şırkəti ilə 5 il müddətinə müqavilə bağlayıb və solo karyerasına başlayıb. İlk mahnısı "Sənsizəm" olub. Həmin il "Qəm otağı" adlı ilk klipi işıq üzü görüb. "Gənc Sim", "Pantene Pro-v" markalarının Azərbaycanda siması olub. Bundan əlavə Özbəkistanda "Nəzakət", Azərbaycanda istehsal olunan "Məşədi İbad-97" filmlərində baş rol alıb. İndiyə kimi 6 klipi işıq üzü görüb - "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən", "Cibdə varsa pul". 2006-cı ildə ailə həyatı qurub. Həmin il "Məhəbbət payım" adlı solo albomunu buraxıb. "Səbuhi" studiyasında yazılan disk 16 mahnıdan ibarət olub.