Ad,Soyad | Elza Seyidcahan |
Yaş | 7 İyul 1968 (56 Yaş ) |
Doğulduğu yer | Siyəzən |
Vəzifə | bəstəkar, müğənni |
Boy | 165 |
Çəki | 75 |
Yenilənmə tarixi | 24-12-2016 |
Elza Seyidcahan 7 iyul 1968-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 1975-ci ildə Siyəzən şəhəri 1 saylı orta məktəbə daxil olmuş, 1977-1982-ci illərdə Sumqayıt şəhər 17 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1982-1987-ci illərdə S.Hacıbəyov adına Orta İxtisas Musiqi məktəbinin nəzəriyyə şöbəsində, 1994-2000-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor, xalq artisti Arif Məlikovun sinfində təhsil almışdır.
2001-ci ildən R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. H.Orucovun "Durnalar qayıdanda", İ.Əfəndiyev "Sən mənim dayımsan", Ə.Əylislinin "Bağdada putyovka var", Q.Moxtarın "Uçuş", Yuğ Teatrında "Boğazca Fatma", "Nənənin nağılları" kimi bir sıra teatr və televiziya tamaşalarına, eləcə də H.Əliyevə həsr olunmuş "Mənim şəhərim" bədii filminə musiqilər bəstələmişdir.
2002-ci ildə Qırğızıstanda keçirilən "Issık-kul-2002" Ümumdünya Müsabiqə Festivalında 1-ci yeri tutmuş, həmin ildə TÜRKSOY-un xüsusi mükafatını almışdır.
2002-ci ildə Moskvada keçirilən MDB dövlətlərarası musiqi festivalının iştirakçısı olmuşdur. 2002-ci ildə Dövlət Mahnı Teatrında caz solo konserti keçirilmişdir. 2002-2008-ci illərdə bir sira böyük layihələr ("Mən demək istəyirəm ki", "Tənha") - kimsəsiz uşaqlar üçün "Ümid" layihəsi və digər 10-larla bu cür layihələr həyata keçirib.
2009-cu ildə Azərbaycanın ekologiya, fauna və florasının qorunmasına həsr etdiyi aksiya-konserti, Ramazan ayında "Bakı-2009, İslam mədəniyyətinin paytaxtı" elan edildiyində "İftar gecəsinin zövqü-səfası" adlı dəstək layihəsini uğurla həyata keçirib. 2010-cu ildə Azərbaycanda "Ekologiya ili" elan olunanda bu təşəbbüsə qoşularaq respublikanın müxtəlif şəhərlərində - Naxşıvan Muxtar Respublikası, Mingəçevir, Tovuz, Salyan və Xızıda 1200 agacın əkilməsində iştirak edib və bu münasibətlə Heydər Əliyev adına Respublika Sarayında konsert proqramı ilə böyük şou-konsert verib. 2012-ci ilin yanvar ayında 3 gun davam edən "Elza və yeddilər" adlı konsert-şou proqramı ilə tamaşaçı zövqünü formalaşdıran virtuoz sənətkarların müşyiəti ilə yaddaqalan çıxışlar edib.
2012-ci ildə Azərbaycanda keçirilən "Evrovizion-2012" Beynəlxalq mahnı müsabiqəsinə dəstək üçün may ayının 12-də Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə "Iron Rose" adlı möhtəşəm konsert proqramı ilə çıxış edib. 2013-cu ildə qadınlar günü münasibətilə Muğam Teatrında "Həyata küsmə" adlı şəhid ailələrinin xanımlarına həsr edilən konsert verib. 2014-cü ildə Leyla Əliyevanın təşəbbüsü ilə Türkiyənin Ankara şəhərində Xocalı soyqırımında şəhid olmuş azərbaycanlıların xatirəsinə ucaldılan abidənin açılışında iştirak etmək üçün millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi qrupla birlikdə Tovuz rayonundakı N saylı Hərbi hissədən start götürüb soyqrımla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün Gürcüstan və Türkiyə marşrutu üzrə şəhərlərdə erməni qəsbkarlarının Qarabağda törətdiyi cinayətlər haqda insanları məlumatlandırıb. Ankarada abidənin açılışında Xocalının səsini dünyaya çatdırıb. Novruz bayramı münasibətilə "İki dövlət, bir millət" devizi altında Elazığ şəhər Firat Universitetində müəllim və tələbə heyəti üçün solo konsert proqramıyla çıxış edib. İki dövlət arasında sülh və dostluq münasibətlərinin inkişafında müstəsna xidmətlərimə görə fəxri fərmanla mükafatlandırılıb.
2014-cü ilin noyabr ayında Azərbaycan Bəstəkarlar İttifaqının 80 illik yubileyinə həsr edilən festivalda dünya şöhrətli bəstəkarların əsərləriylə yanaşı, müəllifi olduğu "Sevgi" suitasının 4 hissəsi səsləndirilib. 2014-cü il dekabrın 24-də Leyla Əliyevanın sözlərinə bəslədiyi "İnsanlar" odası dinləyicilərə təqdim edilib. 2014-ü ildə 26 ölkənin iştirakı ilə keçirilən "Türkvizion-2014" Beynəlxaq Mahnı Müsabiqəsində Azərbaycanı təmsil edən Elvin Ordubadlı türk şairi Ayşəgül Yılmazın sözlərinə bəstələdiyi "Divlərin yalnızlığı" mahnısı finala çıxaraq, 8-ci yerə layiq görülüb. 2014-cü il dekabrın 27-si Türkiyədə Bəylikdüzü Bələdiyyəsi və İstanbul Avropa Universitetinin dəvətiylə solo konsert proqramıyla çıxış edib və mükafatlandırılıb. Fortepiano üçün pyesi əməkdar artist Ülviyyə Hacıbəyovanın ifasında Azrbaycan Bəstəkarlarının Antologiyasına daxil edilib. İstanbul Türk Ocağının başkanı Dr. Cezmi Bayram tərəfindən İstanbul Türk ocaqlarının 100 illiyi ilə bağlı Azərbaycan-Türkiyə kültür gecələrində iştirakı və Türk Ocaqlarının təşkil etdiyi mədəni tədbirlərə verdiyi töhfələrə görə mükafatlandırılıb.
Prezident seçkilərində İlham Əliyevə dəstək kampaniyalarının fəal iştirakçısı olub. Bu məqsədlə "Uğura doğru" konsert proqramı ilə Bakıda və Azərbaycanın bir sıra rayonlarında təbliğat və təşviqat həyata keçirib. Eləcə də "Qadın zorakılığına yox deyək" aksiyasında fəal iştirak edib. İlin sonunda millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə "Addım-addım Türkiyə" devizi ilə Tovuzdan İstanbuladək Azərbaycan həqiqətlərinin təbliğat kampaniyasında iştirak edərək Girəsun Universitetinin 30 min tələbəsi qarşısında vətəni təblig edən konsert proqramıyla çıxış edib. Boluda "Koroglu festivalı"nda, Karabükdə Cümhuriyyət Bayramında "Şer şöləni gecəsi"ndə iştirak edərək ödüllər alıb.
Azərbaycanın bölgələrində yaşayan ziyalılarla mütəmadi görüşür, hərbi hissələrdə əsgər və zabitlərin qarşısında çıxış edir. Dəfələrlə hərbi hissə komandanlığının Fəxri Fərmanıyla təltif edilib. 2014-cü ildə rabitəçilər üçün himn, Leyla Əliyevanın "Lyudi" şerinə mahnı bəstələyib.
Eyni zamanda, Azərbaycan diasporasının ikişafı üçün fəaliyyət göstərir, prezident İlham Əlieyvin siyasi kursunu dəstəkləyən konsert proqramları ilə dünyanın müxtəlif ölkələrində - Belçika, Hollandiya, İordaniya, Suriya, Türkiyə, Rusiya, Ukrayna, Moldova, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Çin, Şimali Kipr Türk Cümhuriyyəti, Belarus və digər ölkələrdə konsert proqramları ilə çıxış edib.
Dəfələrlə dövlət tədbirləri çərçivəsində Azərbaycanın müxtəlif şəhər və rayonlarının ictimaiyyəti və Azərbaycan Ordusunun əsgərləri qarşısında konsert proqramları ilə çıxış edib.
5 il gənc istedadlara dəstək olmaq üçün Azərbaycanı qarış-qarış gəzərək istedadların üzə çıxmasına, arzularının reallaşasına dəstək olub. "İstedadlar sorağında" müsabiqəsində "Tanıdım səni" və "Azərbaycanın səsi" layihəsində münsiflər heyətinin üzvüdür.
İndiyədək Azərbaycanın və bir çox ölkələrin tanınmış qurumlarının 50-dən çox fəxri-fərman və diplomıarına layiq görülüb. Onların arasında "Qızıl Buta" Milli mükafatı, "V@V Company"nin "İlin mahnısı-2006", Azərbaycan-Türk Kültür Dərnəynin, TUSİAB-ın xüsusi mükafatı, TUMİB-in mənəvi dəstəyə görə müsabiqələr laureatı mükafatı (2007), Rusiya Azərbaycanlıları Konqresinin və Moskva Azərbaycan Teatrının "Azərbaycan İncəsənətinin inkişafındakı xidmətinə görə" diplomu (2008), UNİCEF-in HİV/AİDS-ə həsr edilən "Xilas et" media layihəsində iştitakına görə xüsusi mükafatı, "İrəli", Yeni Azərbaycan Partiyası və Gənclər və İdman Nazirliyinin birgə təsis etdiyi "2008-ci ildə tədbirlərdə yaxından iştirak etdiyinə görə" təltif, GRAND Milli mükafatı (2009), Türkiyənin Azərbaycandakı Səfirliyinin ölkələrarası dostluq münasibətlərinin inkişaflndakı xidmətlərinə görə, Müdafiə Nazirliyini N saylı hərbi hissəsinin Respublika günü münasibəti ilə hərbi hissənin və şəxsi heyətin mənəvi psixoloji vəziyyətinin yüksəldilməsi məqsədi ilə xidmətlərinə görə Fəxri Fərman, "Zirvədəkilər" mükafatı (2009), Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin "Ən yaxşı bəstəkar" Diplomu, İran İR-in Fəcr-e Sübhan-e Mugan adına Beynəlxalq şirkətin "Heyvanların Qorunmasındakı xidmətlərinə görə Təqdirnamə" (2009), Benilux Azərbaycanlıları Konqresinin I dərəcəli diplomu və 10-larla bu kimi mükafat və diplomlar var.
Yeni Azərbaycan Partiyasının Üzvüdür.
2 övladı var.
2009-cu ildən Azərbaycan Respublikasının əməkdar artistidir.