Gülyanaq Məmmədova
Müğənni
1990-günümüz
Adın yaraşır, Ana,Ceyranım, Ele Bele Yashadim, Gilenar, Könül, Körpəm, Men bu omru ele bele yasadim, Sevgimə qayıt, Son zəng, Yalan, Zalım balası
Nəriman Əliyev (film, 2005), Bəylik dərsi (film, 2007)
Azərbaycan Respublikasının Əməkdar artisti (1998), Prezident Mükafatı (2012), Azərbaycan Respublikasının xalq artisti (18.12.2014)
Ailəlidir. 2 oğlu, 1 qızı var.
Ad,Soyad Gülyanaq Məmmədova
Yaş 10 İyun 1973 (51 Yaş )
Doğulduğu yer Şəki
Vəzifə Müğənni
Boy 170
Çəki 59
Yenilənmə tarixi 24-12-2016

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olub. 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992-1996-cı illərdə A.Zeynallı adına Musiqi məktəbinin muğam şöbəsində, 1996-2000- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «musiqili teatr və kino aktyoru» fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən kimi R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995-1997-ci illərdə İsveçin Malmo şəhərində «Malmo» festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO – 2000 sərgisində, 2000-ci ildə Türkiyədə «Boğaziçi» festivalında İstanbul – Ankara şəhərlərində konsertlər verib.

2001-2002-ci illərdə «Bakı – Tiflis – Ceyhan» neft kəmərinin təbliğ qrupunun konsert proqramında, 2002-ci ildə Fransanın Strassburq şəhərində Azərbaycanın Avropa Şurasına daxil olmasının 1 illiyi münasibətilə; 2002-ci ildə Avstriyanın Vyana şəhərində, Moskvada, Ukraynanın Kiyev şəhərində; 2002-2003-cü illərdə Moskvada «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2002-ci ildə Ukraynada; 2003-cü ildə Moskva və Minsk şəhərlərində; 2003-cü ildə Almaniyanın Mayns şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2004-cü ildə Yekaterinburqda Novruz Bayramı ilə əlaqədar keçirilən tədbirlərdə 2005-ci ildə Moldovanın Kişinyov şəhərində; 2005-ci ildə Avstriyanın Vyana şəhərində «Azərbaycan Mədəniyyəti günləri»ndə; 2006-cı ildə Naxçıvanda «Dövlət müstəqilliyi günü» ilə əlaqədar qastrol səfərlərində olub.

1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.