Hüseynağa Hadıyev
Müğənni
Nə Gözəldir Azərbaycan, Bağçadan Gələn Səs, Gəl Barışaq, Köçəri Quşlar, Bir Xumar Baxışla, Unuda Bilmirəm, Mehriban İnsanlar, Məzəli Mahnı, Xalidə, Gözəl, Bu gecə, Ürək, Mənim Dünyam, Cəmilə
Sveta xanım ilə evli olub. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər.
Ad,Soyad Hüseynağa Hadıyev
Yaş 19 Noyabr 1946 (78 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Yenilənmə tarixi 24-12-2016

Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olmuşdur. Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi. Hüseynağa musiqi ilə "Pionerlər evi"ndə qarmon dərnəyində məşğul olmağa başlamışdı.

Dostlarından biri — bəstəkar Rizvan Ələsgərovun təkidindən sonra onunla "Dan ulduzu" instrumental ansamblına qoşulmağa razılıq vermişdi.

Hüseynağa sonuncu kursda oxuyarkən ailə həyatı qurmuş, institutu bitirdiyi il hərbi xidmətə çağrılmışdı. 1973-cü ilin yanvarında oğlu Ceyhun dünyaya gəldi. Hüseynağa bu xəbəri hospitalda eşitmişdi. Həmin vaxt hərbi xidmətdə xəstələndiyi üçün onu Bakıya hospitala gətirmişdilər.

Həyat yoldaşı Sveta xanımın sözlərinə görə Hüseynağa Hadıyev sevmədiyi mahnını oxumazdı. "Gecələr bulaq başı", "Bu gecə", "Mənim dünyam" mahnıları dinləyicilər tərəfindən daha çox sevilirdi.

Hüseynağa Hadıyev ömrü boyu "Dan ulduzu" ansamblının solisti olub. Bu ansambla o qədər bağlanıb ki, nə zamansa onu tərk edə biləcəyini ağlına belə gətirməyib. O dövrdə televiziya, radio proqramlarına çıxmasında problem olmadığı üçün Hüseynağa tez-tez ekranda görünərdi. Ancaq bir qədər fərqli geyinməsinə və saç düzümünə görə ona tez-tez irad tutar və səhnəyə çıxanda uzun saçlarını kəsdirməyə, kostyum geyinməyə məcbur edərdilər. Bu qadağalar onu həmişə özündən çıxarardı.