Könül Kərimova
Müğənni
1984-günümüz
Ağlar ürək ağlar, Aglatma gel, Aldatmaq yox, Aləm gözəl (duet. Ramal İsrafilov), Allah bu ceyran hara ceyranidi, Analar, Anam, Atib gettin, Axı sən mənim özümsən, Axı sən özümsən, Ay qaşı gözü qara qız, Ay Qizim, Ay Sirinim, Ay sirinim ay sekerim, Ayrılığı özün seçdin, Belke Bir Gun Qayidib Gelersen, Bileydin gerek, Bilirəm gələcəksən, Bir aləm var,Bir könüldən, Bir Konulden Min Konule, Bitmez o gunler, Bitsin, Biz gərək yenidən görüşməyəydik, Bobbi kinofilmindən mahnı, Bu bahar qayıdacaqsan, Bu Ceyran, Bu dünyanın gözəli, Bu gecə, Bu qədərmiş, Bu sevginin ömrü, Dalğalar, Demədim tənhayam, Dərdim olmaz, Dil açarmı
Adam ol! 2 (film, 2006)(tammetrajlı bədii film)-rol: Könül, Bəylik dərsi (film, 2007)
Xalasıoğlu ilə evlidir. 1 qızı 1 oğlu var.
Ad,Soyad Könül Kərimova
Yaş 15 Sentyabr 1968 (56 Yaş )
Doğulduğu yer Ağcabədi
Vəzifə Müğənni, aparıcı
Yenilənmə tarixi 27-12-2016

K.Kərimova 1983-cü ildə Bakı şəhər 8 №-li Musiqi təmayüllü gimnaziyaya daxil olmuşdur. Elə həmin ildə "Gənc istedadları axtarırıq" adlı müsabiqədə Bakı şəhəri üzrə birinci yerə layiq görülmüşdür. Bu səbəbdən də 1984-cü ildə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən Bül-Bül adına orta-ixtisas musiqi məktəbinə dəvət almışdır. Bu illər ərzində o, Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun solisti olmuşdur.

1986-cı ildə Azərbaycan Dövlət Musiqi Akademiyasına daxil olmuşdur. Akademiyada təhsil aldığı müddətdə Baba Salahov adına "Araz" xalq çalğı ansamblı ilə əməkdaşlıq etmişdir.

Hazırda Azərbaycan Dövlət Muğam Teatrının və Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.