
Ad,Soyad | Manana Caparidze |
Yaş | 28 Dekabr 1978 (47 Yaş ) |
Doğulduğu yer | Tbilisi, Gürcüstan |
Vəzifə | Müğənni |
Boy | 154 |
Çəki | 46 |
Yenilənmə tarixi | 27-12-2016 |
Manana Caparidze 1978-ci il dekabrın 28-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olub. İlk dəfə səhnəyə 5 yaşında çıxıb. Gürcüstanda populyar olan "Toliya" və "Çiora " uşaq kollektivlərinin solisti kimi çıxış edib. Orta məktəblə paralel vokal sinifi üzrə Tbilisi İncəsənət Gimnaziyasını bitirib.
1995-2000-ci illərdə Almaniya Müasir İncəsənət, Caz və Şou-biznes Akademiyasının Tbilisi filialının vokal şöbəsində təhsil alıb. 1996-cı ildə Gürcüstanın Borjomi şəhərində keçirilən "Büllur şam ağacı" gənc ifaçılar müsabiqəsinin qalibi, 1997-ci ildə Moskvada "Büllur not" beynəlxalq gənc ifaçılar müsabiqəsinin laureatı olub.
1998-ci ilin axırında Manana Bakıya gəlib. Burda onun müğənnilik fəaliyyəti başlayır. 2000-ci ilin əvvəlində Manananın "Sənə verdim ürəyimi" adlı ilk albomu işığ üzü görür. Manana azərbaycanca, rusca, gürcücə, ingiliscə mahnılar ifa edir.
1999-cu ildə Alma-Atada "Asiyanın Səsi" festivalında "Qran-pri"yə layiq görülüb. Həmin il Ukraynada "Slavyanskiy bazar" festivalının qalibi olub. Praqada keçirilən "UNIVERSTALENT - 2000" festivalının laureatı, 2000-ci ildə Şanxayda keçirilən "GOLDEN VOICE OF ASIA" müsabiqəsinin "Qran-pri" sahibi seçilib. 2001-ci il Moskvada "Şire kruq" televiziya musiqi müsabiqəsinin qalibi olub.
Manana Azərbaycanda iki dəfə solo-konsert verib. Birinci konsert 2000-ci ilin mart ayında, Heydər Əliyev adına sarayda keçirilib, ikinci konsert isə 2002-ci ildə, "Şəhriyar" adına konsert salonunda olub. Manana bir neçə Avropa ölkələrindədə konsert programmı ilə çıxış edib. 2004-cü ildə Manananın rəsmi saytı açılib - www.manana.ws.
Müğənni 2008-ci ilin əvvəlində ailə həyatı qurdu və noyabrın 10-da qız uşağını dünyaya gətirdi.
2015-ci ildən The Voice müsabiqəsinin Azərbaycan versiyası olan Səs Azərbaycan yarışmasının müsifidir.
Son xəbərlər »

Binəqədidəki yanğın söndürüldü

Sabah meteohəssas insanları nə gözləyir?

Papa Azərbaycan və Ermənistana sülh çağırışı edib

Çəkiliş zamanı qəza keçirən aktyorun xəstəxandan görüntüləri yayıldı

Yanğına görə bu yollarda hərəkət məhdudlaşdı

İmtahanların cavabları nə vaxt açıqlanacaq? -

"Fox News" Kiyevi Rusiya ərazi kimi təqdim etdi -

Zaqatalada ölü körpə doğulub

Bu 3 bürcün nümayəndələri pulu sevmir
