Məhəbbət Kazımov
Müğənni
Tekce Menim Olaydin, Qalmisham Yer Ile Goy Arasında, Ağarma saçım, Alakölüm, Ana Mene Layla De, Apardı sellər Saranı, Ay dəli ceyran qadanı mən alım, Ay ilk məhəbbətim son məhəbbətim, Ay Qasini Catan Qiz (Konul k), Ayrılığın üzü dönsün, Azərbaycan, bacarirsan unut meni, Bacıdır qız, Bari Naxçıvan, Bəh bəh, Belə qəmli dayanma, Bənövşə, Bəstənigar, Bir cüt lalə, Birdənəsən, Bizim dağlara dağlara, Bu naz sənə yaraşmır, Can Azərbaycan, Cavanliqim, Dəli ceyran, Dünya gözəl dünyadır, Dur gedək, Duymuşam baxışından, Əlvida, Əziz dostum, Əzizim Mehriban, Fəranə qızım, Gülüm gəl bizə, İlahi gözəlləri sən Özün qoru, İlk məhəbbət, inden bele o gozlere baxmaram (mugam), İndi məndən küs görüm, Kəlbəcər, Kim uduzdu kim uddu, Könlümün sarayı, Küsmüşəm, Lachinim menim
Azərbaycan Respublikasının Əməkdar artisti (2012)
1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi. 27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib.
Ad,Soyad Məhəbbət Kazımov
Yaş 2 İyul 1953 (71 Yaş )
Doğulduğu yer Laçın
Vəzifə Müğənni
Yenilənmə tarixi 28-12-2016

Əsl adı Möhübbət Allahverdi oğlu Kazımov 1953-cü il iyul ayının 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Ailədə səkkiz bacı, dörd qardaş olublar. Atası Allahverdi təsərrüffatla məşğul olub. Anası Südabə isə evdar xanım olubdur. Məhəbbət Kazımov ilk təhsilini Şamkənd kənd orta məktəbində alıbdır. Kiçik yaşlarından istedadına görə digər bacı-qardaşlarından seçilmişdir. Musiqi təhsili alması üçün qohum-əqrabanın təkidi ilə 1974-cü ildə Bakı şəhərinə getmişdir. Asəf Zeynallı adına musiqi texnikumuna qəbul olunmuşdur. İlk muğam dərslərini Nəriman Əliyevdən almış, sonradan Ağaxan Abdullayevin sinifində oxumuşdur.

1976-cı ildən professional səhnədə çıxış edirdi. "Dan Ulduzu" ansamblının solisti olmuşdur. Azərbaycanın bir çox konsert salonlarında öz tamaşaçılarına solo konsertlər vermişdir. Bir çox xarici ölkələrdə, Türkiyədə, Rusiyada, İranda, Çexoslovakiyada və başqa ölkələrdə qastrol səfərlərində olubdur. Məhəbbət Kazımov əsasən Azərbaycan milli musiqisi janrında, bir çox tanınmış mahnı və muğamlar oxuyubdur. Ən çox sevilən mahnılarından biri də "Laçınım" mahnısıdır. 14 sentyabr 2012-ci ildə Azərbaycan Respublikasının "Əməkdar artist" fəxri adına layiq görülmüşdü.

1990-cı ildə ailə həyatı qurub, üç övlad atası idi.

27 yanvar 2014-cü ildə uzun sürən xəstəlikdən sonra vəfat edib. O, yanvarın 28-də Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.

Məhəbbət Kazımov vəfat edənə qədər "Laçın" instirumental ansambılının rəhbəri olmuşdur.