Məryəm Şabanova
Müğənni
2009 – indiyə qədər
Bayram gəlir, I will survive, I've had enough, Soulless, Yay gəldi
2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı
2006-cı ildə ailə həyatı qurub. 2007-ci ildə oğlu Daniel, 2012-ci ildə isə ikinci oğlu - David dünyaya gəlib.
Ad,Soyad Məryəm Şabanova
Yaş 2 İyun 1985 (39 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Yenilənmə tarixi 28-12-2016

Məryəm 1985-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır.

2006-cı ildə Məryəm ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır. 2012-ci ildə isə onun ikinci oğlu - David dünyaya gəlib.

2009-cu ildə Məryəm Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçim turlarına qoşulur. 2 fevralda keçirilən yarımfinal mərhələsində Məryəm Şabanova uğurla çıxış edir və Azad Şabanovu, Elli Miçiyevanı və Ülviyyə Rəhimovanı geridə qoyaraq Safura Əlizadə və Milk & Kisses qrupu ilə birlikdə finala keçir.  Lakin final mərhələsində Məryəm qələbə qazana bilmir və həmin il Azərbaycanı Avroviziya Mahnı Müsabiqəsində Safura Əlizadə təmsil edir. Daha sonradan 2010-cu ilin aprel ayında Məryəm Şabanova Rusiyanın tanınmış müğənnisi Qriqoriy Leps üçün mahnı bəstələyir. Hal-hazırda Məryəm musiqi karyerasına davam edir.