Ad,Soyad | Natəvan Həbibi |
Yaş | 20 May 1981 (43 Yaş ) |
Doğulduğu yer | Krasnovodsk, Türkmənistan |
Vəzifə | Müğənni, aktrisa, aparıcı |
Boy | 165 |
Yenilənmə tarixi | 28-12-2016 |
Natəvan Həbibi 20 may 1981-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. Daha sonradan Azərbaycana köçüb. 1987-ci ilde 12 nömrəli məktəbin birinci sinifinə gedib. 9 illik musiqi məktəbini bitirib. 1996-ci ilin avqustunda ailəsi ilə bərabər Bakıya köçüblər. 1999-ci ildə Vaqif Gərayzadə ilə tanıs olub, Röya Ayxan və Elnarə Xəlilova ilə birlikdə "W-Trio" qrupunda oxumağa başlayıb. Qrup dağıldıqdan sonra 2006-cı ildən solo karyeraya başlayıb. Ali təhsillidir.
İlk solo mahnısı "Mən Səni İtirsəm" olub. İlk klipi də məhz bu mahnıya çəkilib. "Ulduzlar yandı" mahnısına İtaliyada çəkdirdiyi klipi ilə daha böyük uğur qazandı və ilk albomu da bu mahnının adı ilə bağli oldu. Sevimli müğənnimiz öz mahnıları ilə geniş auditoriya toplaya bilmişdir. Öz dəsti-xətti ilə seçilən Natavan Həbibi daha sonra "Sadəcə bulud", Moskvada isə "Ehtiyacım var", "Etirazım var" mahnılarına da maraqlı kliplər çəkdirib. 2009-cu ildən sonra "Səni sevən mənəm", "Təyyarələr" və s. hitləri ilə hitparadlarda yüksək yerlərə qalxıb. Yaradıcılığında qarşılaşdığı bütün maneələri asanlıqla ötüb keçən müğənni səhnədə özünü aparıcı kimi sınadı və bu da böyük sevgi ilə qarşılandı: 2010-cu ildə Xəzər TV-də veriliş aparıcısı olub.
Yaradıcılığında daim yeniliklərə imza atan, uğurları ilə onu sevənləri sevindirən, bir çox dillərdə oxumağı bacaran Natavan Həbibi ərəb dilində "Habibi" və "Ehsas jadid" mahnılarını ifa edib. Onu da qeyd edək ki, "Habibi" mahnısı dünya şöhrətli, tanınmış prodüser Maks Fadeyev ilə iş birliyi zamanı ərsəyə gəlmişdir. Geyimi, ifasi, gözəlliyi ilə hamını özünə heyran edən sevimlimiz bir çox brendlərin siması seçılib. "Grand", "Mətbuatın Dostu", "Best of the Best", "İlin estrada müğənnisi" və bu kimi bir neçə mükafatlara laiq görülüb. Adı çəkilən proyektlərlə yanaşı Natavan Həbibi daha bir uğurlu işə imza atmağı bacarıb.
Özünü aktrisa kimi de sınadı. 2008-ci ildə İzzət Bağırov ilə birlikdə "Ayrılıq imiş" filmində çəkilib. Filmdə baş rol alaraq Nərmin adlı gənc bir qızın obrazını canlandırıb.
Qatıldığı müsabiqələrdə nüfuzundan və gücündən asılı olmayaraq çoxlarının üzərində möhtəşəm və unudulmayan qələbələr qazanıb. Və 2011-ci ilin iyun ayında isə Türkdilli xalqların qatıldığı festivalda - "Turkvision" müsabiqəsində Azərbaycanı təmsil edib, diplomlara layiq görülərək böyük fərəh hissi ilə vətəninə qayıdıb.