Almaz Ələsgərova
Müğənni
1990-günümüz
Falçı, Gəl sənə mən qurban olum, ilk məhəbbət, İnaniram, Könlüm sənindir, Küsmüsen, Necə unudum səni, Novruzum, Qadasin mən alim, Sabaha Ilhamla, Uçan quş, Yagiş.
Şəfiqə-"Baladadaşın toy hamamı"(Elçin) Tünzalə-"Amerikalı kürəkən" (Ramiz Mirişli,Marat Haqverdiyev)
1985-ci ildə A.Ələsgərova «Bakı payızı-85» estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə «Bakı payızı-88» estrada artistləri müsabiqəsinin laureatı olmuşdur. 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən «Oştun azem tündörü» festivalının qalibi olmuşdur. 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Yaxşıların yaxşısı-2000» müstəqil musiqi mükafatı olan «İlin ən yaxşı qadın müğənnisi» adına layiq görülmüşdür.2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını almışdır.
Ailəli olub, ayrılıb. Əminə və Mədinə adında 2 qız övladı var.
Ad,Soyad Almaz Ələsgərova
Yaş 6 Oktyabr 1966 (58 Yaş )
Vəzifə müğənni, aktrisa
Yenilənmə tarixi 22-12-2016

Almaz Ələsgərova 1985-90-cı illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Musiqili komediya aktyoru» fakültəsində təhsil almışdır. Sonralar o, R.Behbudov adına Mahnı teatrında və Azərbaycan Dövlət Musiqili Komediya teatrında çalışmışdır və 2016-cı ildə yenidən Azərbaycan Dövlət Musiqili Teatra qayıdıb. Hal-hazırda müğənnilik fəaliyyəti ilə yanaşı aktrisalığ ilə məşğuldurş

2016-cı ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışır.

  • 1985-ci ildə A.Ələsgərova «Bakı payızı-85» estrada artistləri müsabiqəsinin diplomantı adına layiq görülmüş, 1988-ci ildə «Bakı payızı-88» estrada artistləri müsabiqəsinin laureatı olmuşdur.
  • 1999-cu ildə o, Qırğızıstanın Oş şəhərində keçirilən «Oştun azem tündörü» festivalının qalibi olmuşdur.
  • 2000-ci ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə «Yaxşıların yaxşısı-2000» müstəqil musiqi mükafatı olan «İlin ən yaxşı qadın müğənnisi» adına layiq görülmüşdür.2007-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti adını almışdır.