Nazpəri Dostəliyeva
Müğənni
1996-günümüz
"Nə olar, Allahım, ayırma bizi", Qız Beli İncədir İncə, Yarpaqlar Titrəsə, Aman Yar, Aşıq Mahnısı, Bağışla, Bilməzdim, Bura Vətəndir, Dilbərim, Gecikmiş Məhəbbət, Gedirəm Bu Şəhərdən (ft. Fuad), Gəncədən Gəlirəm, Getdi Yar (ft. Next), İstəyirəm, Qayıtma Daha, Sarı Köynək, Şəbi Hicran, Sən Olacaqsan, Sevə Sevə, Sevgi Qarğışı, Sevirdin Necə, Sənli Dünyam, Unutdun Məni Zalım, Var Ol Əzizim, Köhnə Xəyallar, Səndədir, Sevdim, Dur Gedək, Əsən Yellər, De Harda, Çinar
Qağayı (film, 2012)
Azərbaycan Respublikasının Əməkdar artisti (2002), Azərbaycan Respublikasının Xalq artisti (2008)
Ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən iki oğlu var.
Ad,Soyad Nazpəri Dostəliyeva
Yaş 23 Dekabr 1960 (64 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Boy 170
Çəki 72
Yenilənmə tarixi 28-12-2016

Nəzpəri Dostəliyeva 1960-cı il dekabrın 23-də Bakıda doğulub. 2002-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetini bitirib.

Böyük səhnədə ilk addımlarını 1996-cı ildə atıb. İlk hiti "Nə olar, Allahım, ayırma bizi" mahnısı olub. 1998-cı ildən Azərbaycan Dövlət Teleradio Şirkətinin solistidir. 25 disk və 3 albomu çıxıb. Fransa (Paris), Almaniya (Bonn, Frankfurt, Köln, Hannover), Niderland (Amsterdam), Norveç, Türkiyə də 2015ci ildə Lütfü Kırdar adına böyük konsert salonunda solo konsert etmişdir.Kiprdə çıxışlar edib. 1999-cu ildən bəstəkar-aranjımançı Səyavuş Kərimi ilə işləyir. 2003-ci ildə Moskvada Böyük Teatrın səhnəsində və "Россия Консертний Зал"-da solo, Almaniyanın Hannover,Frankfurt şəhərində, 2001-ci ildə isə Norveçin Oslo şəhərində və skrukt xoru ilə Norveçin bir çox şəhərlərində konsert proqramı ilə çıxış edib. Nordkap adasında keçirilən festivalda 1-ci yerə layiq görülmüşdür.