
Ad,Soyad | Nurlan Növrəsli |
Yaş | 1 Yanvar 1984 (41 Yaş ) |
Doğulduğu yer | Bakı |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 29-12-2016 |
Nurlan Növrəsli 1984-cü ildə Bakı şəhərində anadan olub. 1991-2002-ci illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 2006-cı ildə Bakı Musiqi Akademiyasının "solo oxuma" fakültəsini, professor Elmira Quliyevanın sinfini bitirib. Musiqi məktəbləri arasında keçirilən VII Respublika müsabiqəsinin laureatıdır. Space telekanalının təqdim etdiyi "Azəri Star–2004" musiqi-televiziya müsabiqəsinin finalçısıdır. 2006-cı ildə Qazaxıstanda keçirilən "CAHAN DALA" IX Populyar musiqi və mahnı müsabiqəsinin laureatı, I yerin qalibidir.
İlk klipini "Sən ki" adlı mahnısına 2006-cı ildə çəkdirmişdir. Mahnının musiqisi qardaşı Şahin Növrəsliyə, sözləri Ziya Fazilə aiddir. Klipin rejissoru Samir Fərzəlibəyovdur.
Nurlan istedadlı müğənni olmasıyla bərabər, həm də gözəl kaman, skripka ustasıdır.
19 sentyabr 2016-cı ildə Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə əməkdar artist fəxri adına layiq görülüb.
Son xəbərlər »

Atəşkəs əmrinə Zelenskidən ilk reaksiya

ABŞ və İran ikinci dəfə danışıqlar keçirdi

Putin atəşkəs

Albaniyada SOCAR-ın Korçanın qazlaşdırma layihəsinin təqdimatı olub

Robotlar ilk dəfə marafonda insanlarla yarışdılar -

Səftər Hacıyev işdən çıxarıldı -

Bir ailənin 4 üzvü dəm qazından zəhərləndi

Aprelin 20-də temperatur kəskin dəyişəcək

Ceyhun Bayramov Çavuşoğlunun atasının dəfninə getdi
