Anatollu Qəniyev
Müğənni
Dostluq mahnısı, Pəncərəmə qondu çiçək, Dəli Həsənin mahnısı, Çıx Yaşıl Düzə, Teymurun mahnısı (Yenilməz batalyon filmi)
Möcüzələr adası (film, 1963) Ulduzlar sönmür (film, 1971) Azərbaycan elləri (film, 1976)
Ad,Soyad Anatollu Qəniyev
Yaş 1 Yanvar 1931 (93 Yaş )
Doğulduğu yer Neftçala
Vəzifə müğənni
Yenilənmə tarixi 23-12-2016

Anatollu Qəniyev 1931-ci ildə Neftçala şəhərində doğulmuşdur. Uşaqlıqdan musiqiyə həvəsi olmuşdur. Hərbi xidmətdən sonra Asəf Zeynallı adına musiqi məktəbində təhsil alıb. Müəllimi F.Mehdiyev olmuşdur. Bitirdikdən sonra Azərbaycan Dövlət Radio Televiziyasının solisti olmuşdur (1959). Sonradan T.Əhmədovun rəhbərlik etdiyi estrada orkestrinin solisti olmuşdur.

Azərbaycan Mədəniyyətinin 10 günlüyündə Moskvada çıxış etmişdir (1959).

Anatollu Qəniyev Kuba, Almaniya, Polşa, Çexoslovakiya, Ərəb ölkələrində və s. qastrol səfərlərində olmuşdur. Badamlı, Nuş olsun, Naz-naz və s. dillər əzbəri olmuş mahnıları ifa etmişdir. Koroğlu, Ulduzlar sönmür, Möcüzələr adası, Mehman, Alma-almaya bənzər kimi kinofilmlərdə mahnıları səslənmişdir.