Ad,Soyad | Qəndab Quliyeva |
Yaş | 10 Avqust 1949 (75 Yaş ) |
Doğulduğu yer | Füzuli |
Vəzifə | Aktrisa, müğənni |
Yenilənmə tarixi | 30-12-2016 |
Quliyeva Qəndab Həbib qızı 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olmuşdur. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil almışdır. İlk muğam müəllimi Nəriman Əliyev olmuşdur.
Eyni zamanda, o, Vahid Abdullayevin muğam sinifində dərs almış və onun sənətini təkmilləşdirmişdir. 1981 ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərmişdir. Bu teatrın səhnəsində Leyli, Əsli (Üzeyir Hacıbəyov-“Leyli-Məcnun”, “Əsli və Kərəm”), Ərəbzəngi (Müslüm Maqomayev-“Şah İsmayıl”), Şahcənəm (Z.Hacıbəyov-“Aşıq Qərib”), Gülbahar (Ş.Axundova-“Gəlin qayası”), Xanəndə qız (R.Mustafayev-“Vaqif”) rollarını yaratmışdır.
Qəndab Quliyeva bir çox xarici ölkələrdə - Almaniyada, Kanadada, Yaponiyada, Fransada, İsveçdə, Türkiyədə, İranda, İraqda qastrol səfərlərində olmuş, Azərbaycan muğam sənətini inkişaf etdirmişdir. Xanəndənin repertuarına muğam dəstgahlar və təsniflər daxildir. Onun ifasında “Xaric Seygah”, “Şahnaz”, “Mahur-Hindi”, “Bayatı-Şiraz”, “Şur” muğamlarının səsyazıları AzTR Fondunda saxlanılır.
Xanəndənin ifasında “Çahargah” muğamının səsyazısı isə Fransada “Muğam antologiyası” CD diskinə daxil edilmişdir. Qəndab Quliyeva pedoqoji fəaliyyətlə də məşğul olur. Azərbaycan Dövlət və Mədəniyyət Universitetində muğamatdan dərs deyir.
A.Zeynallı ad. Bakı Musiqi Məktəbini bitirmişdir (1980). 1982 ildən Azərb. Opera və Balet Teatrının solistidir.