Ruhəngiz Allahverdiyeva
Müğənni
1973-günümüz
Biz ayrıla bilmərik, Çıx get, Dərdindən kim öləcək, Dolanma kənardan, Əlvida demirəm, Mən yaralı bir quşdum, Məndən olmayacaq, Nəyləyim, Vurulmuşam, Yoruldum mən
Qış nağılı. I film (film, 2002) - Zəroş xala, Qış nağılı. II film (film, 2003) - Zəroş xala, Qız qalası (film, 2000), Hərənin öz payı+tayı (film, 2006)
Azərbaycan Respublikasının Əməkdar Artisti (2016)
2 oğlu və bir qızı var.
Ad,Soyad Ruhəngiz Allahverdiyeva
Yaş 21 Noyabr 1955 (69 Yaş )
Doğulduğu yer Lənkəran
Vəzifə Müğənni
Boy 162
Çəki 70
Yenilənmə tarixi 30-12-2016

Ruhəngiz Allahverdiyeva orta məktəbini bitirdikdən sonra "Təranə gənclik" ansamblında müğənni kimi fəaliyyətə başlamışdır.

1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə "Azkonsert" qastrol birliyində "Lalə" qızlar ansamblının solisti olmuş, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, xarici dövlətlərdə, o cümlədən Türkiyədə, Almaniyada, Macarıstanda, Vyetnamda, Əfqanıstanda qastrol səfərində olmuş, Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil etmişdir.

1976-cı ildə Azərbaycanda keçirilən "İstedadlar axtarırıq" festivalının qalibidir.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir.15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var.