Sevda Ələkbərzadə
Müğənni
1991-günümüz
Açıl sabahım, Ağlama, Ala göz, Almanı atdım, Arazbarı (zərbi-muğam), Avropa himni, Ay qız, Azərbaycan, Azərbaycan maralı, Bana, bana gel, Bayatı kürd, Bayatı şiraz, Bir sevdanın səadəti, Birdə mən (duet Emma), Daha istemirem feat Emma Elekberzade, Dalğalar, Dəli arzularım, Dəli ceyran, Dünya sənin əlində, Elə demə, Əlimi biçaq kəsibdir, Əlvida, Eşq, Eşqsiz dünya, Gecə, Gəl yanıma, Get, Getmə, Getme-getme, Göy-göl, Gül açdı, Gündüz-gecə, Hardasan, Hər an mənimləsən, Laçın, Lolo lolo, Mahur, Məhəbbət ki dəb deyil, Mən səni araram, Mən səni gözlədim, Mən və o, Mənim qəlbimə, Mənimləsən, MobiTel himni
"Şərqin pop və rok musiqisi", "Radio France İnternational" müsabiqəsi, “Babel Med Music” dünya festivalı, İsrailin Qüds şəhərində keçirilən beynəlxalq Jerusalem Sacred Music Festival musiqi festivalı
Əlvida, cənub şəhəri (film, 2006), Süni bənövşələr (film, 2007), İlahi məxluq (film, 2011)
Yazıçı Əbülhəsən Ələkbərzadənin nəvəsidir. Yazıçı Çingiz Ələkbərzadənin qızıdır. Müğənni Elmira Ələkbərzadənin bacısıdır. S.Ələkbərzadə əslən Cənubi Azərbaycandan olan Kamyer adlı şəxslə ailəlidir.
Ad,Soyad Sevda Ələkbərzadə
Yaş 4 İyul 1977 (47 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni, mahnı sözləri yazan
Boy 160
Çəki 59
Yenilənmə tarixi 31-12-2016

Sevda Ələkbərzadə 1998-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Musiqili komediya aktyorluğu" fakültəsinə bitirmişdir. 1991-ci ildə o, "Aypara" qrupunda ifaçı kimi fəaliyyətə başlamış, bir il "Aypara" qrupunda çalışdıqdan sonra fərdi ifaçılıqla məşğul olmuşdur. 1993-cü ildə RAST qrupunda solist-ifaçı kimi fəaliyyətə başlamışdır.

Bu dövrdə "Rast" musiqiçilərinin önəmli yeniliyi ondan ibarət idi ki, milli xalq musiqilərini dünya musiqiləri ilə sintez edərək, dinləyicilərə yeni bir üslub təqdim etmişdilər. S.Ələkbərzadə həmin ildə görkəmli muğam ustası Alim Qasımovdan fərdi muğam dərsləri almışdır. 2001-ci ildə "Rast" qrupunun tərkibindən çıxaraq fərdi ifaçılıq fəaliyyətinə başlayan S.Ələkbərzadə bəstəkar Cəmil Əmirovla birlikdə "Demə ki, sevirəm" adlı ilk layihəsi ilə çıxış etmişdir.

O, 2002-ci ildə dünyanın məşhur caz ustalarının da iştirak etdiyi beynəlxalq caz festivalında iştirak edərək Azərbaycanı layiqincə təmsil etmişdir.

S.Ələkbərzadə 2004-cü ildə yaradıcılığında yeni bir mərhələ olan "Şəbi-Hicran" layihəsi ilə Dövlət Filarmoniyasının səhnəsində solo konsert ilə çıxış etmişdir.

2005-ci ildə Avropa Şurasına Azərbaycanın hədiyyəsi kimi Betxovenin "Sevinc odası" əsəri S.Ələkbərzadənin ifasında muğam caz stilində ilk dəfə təqdim edildi. Həmçinin bu əsərin sinql-diski də buraxıldı.

S.Ələkbərzadə 2005-ci ilin noyabr ayında İtaliyanın Florensiya şəhərində "İnstituto İtalyano" vokal kurslarında təcrübə keçmiş, Roma şəhərinin "Teatro-centrale" salonunda solo konsert ilə çıxış etmişdir.

Fransada keçirilən "Şərqin pop və rok musiqisi", "Radio France İnternational" müsabiqəsində iştirak edərək 350 iştirakçı qrup arasından seçilmiş 11 ən yaxşı qrup adına layiq görülmüşdür.

Sevda Ələkbərzadə İsveçrənin Bazel Konservatoriyasından təklif alıb. Belə ki, müğənni bir həftə ərzində sözügedən təhsil ocagında ustad dərsləri keçirəcək. Noyabr ayında nəzərdə tutulan səfər zamanı o, konservatoriyanın tələbələrinə müəllim edəcək.

Mügənninin tədris edəcəyi dərslər etnik caz musiqisinə həsr ediləcək. Daha sonra isə Ələkbərzadə İsveçrədə bir günlük konsert verməyi planına daxil edib.

Sevda Ələkbərzadə 2010-cu ilin 25-27 mart tarixlərində Fransanın Marsel şəhərində keçirilən “Babel Med Music” dünya festivalında Azərbaycanı təmsil edib.

Sevda Ələkbərzadə həmçinin 2012-ci ilin sentyabrında İsrailin Qüds şəhərində keçirilən beynəlxalq Jerusalem Sacred Music Festival musiqi festivalında Azərbaycanı təmsil etmişdir.