Ad,Soyad | Səbinə Babayeva |
Yaş | 2 Dekabr 1979 (45 Yaş ) |
Doğulduğu yer | Bakı |
Vəzifə | Müğənni |
Yenilənmə tarixi | 31-12-2016 |
Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəznində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinifinə daxil olmuşdur. Burada Səbinə xanım Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs almışdır. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində uğurla təmsil etmişdir.
2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" filmində "Röya kimi" mahnısını ifa etmişdir və geniş tamaşaçı kütləsinə tanınmışdır. Daha sonrakı illərdə Səbinə xanım caz janrında mahnılar ifa etmişdir və Bakı Caz Mərkəzində çalışmağa başlamışdır.
2013-cü ildə 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilmişdir.
2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilmişdir.
Səbinə Babayeva 2010-cu ildə 56-cı Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. Səbinə xanım 5-ci həftədə 8 xalla 3-cü yeri tutmuşdur.
2012-ci ildə Səbinə Babayeva yenədə Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün Milli Seçimlərə qatılmışdır. Səbinə xanım 5-ci həftənin qalibi olmuşdur. Daha sonra isə yarım-finalda Səbinə xanım uğurla çıxış etmişdir və finala adlamışdır.
12 fevral tarixində Heydər Əliyev Sarayında keçirilən Milli Seçimlərin finalında Səbinə Babayeva qalib olmuşdur və Azərbaycanı 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır. Səbinə xanımın ifa etdiyi "When the Music Dies" mahnısı 17 mart tarixində təqdim edilmişdir.
Səbinə Babayeva 26 may tarixində 57-ci Avroviziya Mahnı Müsabiqəsinin finalında "When the Music Dies" mahnısını Azərbaycanın xalq artisti muğam ifaçısı Alim Qasımov ilə birgə ifa etmişdir. Gecənin sonunda keçirilən səs vermədə isə Səbinə xanım 42 ölkədən 150 xal almışdır və 57-ci Avroviziya Mahnı Müsabiqəsində 4-cü yeri tutmuşdur.