Səfurə Əlizadə
Müğənni
2010-"Drip Drop" , "March On" 2011-"Paradise" , "Alive"
"It's My War" (2010)
Azərbaycanı 2010-cu ildə Oslo şəhərində keçirilən 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir və 145 xalla 5-ci yeri tutmuşdur. 2010-cu ildə "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur.
5 iyul 2013-cü ildə Səfurə Əlizadə Bodrumda Azərbaycan Respublikasının Energetika Naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə həyatı qurmuşdur. 10 avqust 2014-cü ildə isə Səfurə xanımın oğlu anadan olmuşdur.
Ad,Soyad Səfurə Əlizadə
Yaş 20 Sentyabr 1992 (32 Yaş )
Doğulduğu yer Bakı
Vəzifə Müğənni
Yenilənmə tarixi 31-12-2016

Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə Azərbaycanın Bakı şəhərində anadan olmuşdur. Səfurə xanım 3 yaşından musiqi ilə məşğul olmağa başlamışdır. Kaman və saksafon üzrə orta musiqi təhsili almışdır. Səfurə xanım ilk orta təhsilini xoreoqrafiya məktəbində almışdır. Daha sonra 5-ci sinifdən 164 nömrəli tam orta məktəbdə, 8-ci sinifdən isə 23 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Səfurə Əlizadə 2010-cu ildə Azad Azərbaycan Televiziyasında yayımlanan "Yeni Ulduz 8" layihəsində qalibi olmuşdur və geniş tamaşaçı kütləsinə tanınmışdır.

2010-cu ildə Səfurə Əlizadə orta təhsilini bitirdikdən sonra ali təhsilini almaq üçün İsveçə köçmüşdür. 18 iyun 2010-cu ildə Səfurə xanım İsveçdə "It's My War" adlı ilk albomunu təqdim etmişdir. Səfurə xanımın albomunda 13 mahnı yer almışdır.

Səfurə Əlizadə 2010-cu ildə 55-ci Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etmək üçün bu ölkənin Milli Seçimlərinə qatılmışdır. 2 mart tarixində keçirilən Milli Seçimlərin finalında Səfurə xanım "Drip Drop" mahnısı ilə qalib gəlmişdir və Azərbaycanı Osloda 55-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanmışdır.

Səfurə Əlizadə Norveçin paytaxı Oslo şəhərində keçirilən 2010 Avroviziya Mahnı Müsabiqəsində 2-ci yarım-finalda iştirak etmişdir. Səfurə xanım 113 xalla 17 ölkə arasında 2-ci yeri tutmuşdur və finala adlamışdır. 29 may tarixində isə keçirilən finalda Səfurə Əlizadə 39 ölkədən 145 xal almışdır və 55-ci Avroviziya Mahnı Müsabiqəsində 5-ci yeri tutmuşdur.