Məsud Özil məruz qaldığı irqi-ayrıseçkilikdən sonra Almaniya Milli Komandasından ayrıldığını elan etmişdi. Bu dəfə türkiyəli aktrisa Sibel Kekilli Almaniyada türk əsilli olduğu üçün irqi-ayrıseçkiliyə məruz qalması ilə bağlı inanılmaz sözlər dilə gətirib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa türk mənşəli olduğundan alman kino ulduzları ilə eyni şansa malik olmadığını, insanların bu cür qruplaşdırılmasına son qoyulmasının lazım olduğunu ifadə edib.

Beynəlxalq layihlərdə rol alan məşhur "Uşaqlığından etibarən irqçiliklə tanış olduğunu" bildirib. “Die Welt” qəzetinə danışan 38 yaşlı Sibel Kekilli "Əminəm ki, türk olduğum üçün mənə daha az və daha fərqli rollar həvalə olunub.

Kekilli aktyor kimi almanlarla bərabər şansa malik olmadığını bildirərək "Aktyorluq qabiliyyətinizin eyni səviyyədə olması kifayət etmir”, - deyib.