“Heç bir xidmətə qoşulmamışam, amma balansımdan gündəlik olaraq pul çıxılır”...

Tez-tez mobil operatora verdiyiniz bu sual barədə araşdırma aparmaq istədik. Heç bir xidmətə qoşulmadan balansınız dan gündəlik olaraq kontur çıxılırsa, bu yazıdan mütləq xəbərdar olun. İt mütəxəssisi Vüqar Alışov Metbuat.az-a açıqlamasında bu mövzuya toxunub.

“Saytlarda bir neçə reklam növləri var. Bu reklamlardan birincisi “Banner reklam”larıdır. “Banner reklam” növü daha çox insanları cəlb etmək üçün nəzərdə tutulub.

Digər bir reklam növü “Popup reklam”larıdır. Bu reklamlar tam ekranda çıxır və kütləni cəlb etmək üçün nəzərdə tutulur.

Daha bir reklam növü isə “Popunder reklam”lardır. Bu reklam növü daha çox klik etmək üçün nəzərdə tutulub. “Popunder reklam”lar iki cür olur – görünən və görünməyən. “Popunder reklam”lar hər hansı bir bannerin, yaxud da ümumi saytın içərisində hər hansl bir yerə yerləşdirilə bilər. Bu reklamlarda giriş əsas götürüldüyündən, bu gün mobil operatorlar ondan daha çox istifadə edir, hanısa bir saytda videonun araxasına gizli reklam yerləşdirirlər. Videoya tıklayan zaman yeni bir səhifə açılır və istifadəçi birbaşa olaraq hanısa bir xidmətə avtomatik olaraq qoşulur. Əslində, istifadəçi həmin reklamı görmür. Yəni, bilmədən ora daxil olur. “Popunder reklam” istifadəçinin telefonundakı məlumatı birbaşa götürür. Yəni, mobil operator şərait yaradıbsa, reklama tıklayan zaman telefonunuzda qeydiyyat üçün yazdığınız ad, soyad və əlaqə nömrəniz həmin dəqiqə ələ keçirilir və avtomatik olaraq hansısa bir xidmətə qoşulur. Halbuki, istifadəçinin bundan xəbəri belə olmur. İstifadəçini hansısa bir lazımsız fayl endirmə, mp3 xidmətlərinə qoşmaqla hesabından pul çıxır.

​Balansınızdakı konturlar öz-özündən silinir?

Bu gün sözügedən problemlə bağlı mobil operator və həmin xidməti göstərən şirkətlərə çoxlu sayda şikayətlər daxil olur. Mobil operator müştərilərinin balansından çıxılan pulu geri qaytarmır. Bilidirir ki, pulu xidmət göstərən şirkət çıxıb. Bu zaman isə belə bir sual formalaşır. Mobil operator xidmət göstərən şirkətə şərait yaratmırsa, o, istifadəçinin mülkiyyətində olan nömrədən pul çıxara bilər? İstifadəçinin balansından pul çıxarmaq üçün şərait yaradılırsa, deməli mobil operator xidmət göstərən şirkət ilə əməkdaşlıq edir. Xidmətə qoşulan istifadəçinin balansından gündəlik olaraq pul çıxılır. Belə hallarla qarşılaşan şəxslər xidmətdən çıxmaq üçün şirkətlə əlaqə saxlayıb, nömrəsinin “qara siyahı”ya əlavə edilməsini xahiş edə bilər.

Müəyyən vasitələrlə həmin reklamların qarşısını almaq olur. Bunun üçün müəyyən vasitələr var. Mobil telefonda “Popunder reklam”larının qarşısını almaq istəyiriksə, mütləq bunun üçün telefonumuza əlavə proqram - “AddBlock” tədbiqetmə, yəni reklamı “block” edən proqram yükləməliyik”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Umayra Tağıyevaya yeni vəzifə verildi – TIKLAYIN!