DÇ-də ən çox azarkeşlə təmsil olunan ölkələrin

Futbol üzrə dünya çempionatının keçirildiyi müddətdə ən çox azarkeşlə təmsil olunan ölkələr açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Sərhəd Xidmətindən məlumat verilib. Bildirilir ki, DÇ-2018-in keçirilidiyi vaxt ərzində Çindən 53 min, ABŞ-dan 46 min, Meksikadan 41 min insan Rusiyaya daxil olub.

Sonrakı yerlərdə isə Argentina (31 min), Braziliya (27 min), Almaniya və Böyük Britaniya (hər ikisi 25 min), Kolumbiya (23 min), Peru və Fransa (hər ikisi 20 min), Xorvatiya (18 min) qərarlaşıb.

Ümumilikdə, Rusiya dövlət sərhədini 633 min əcnəbi vətəndaş azarkeş vəsiqəsi ilə keçib və Vladimir Putin azarkeş pasportu ilə gələnlərə ilin sonunadək ölkədə vizasız qalmaq icazəsi verib.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR