Qanunsuz ovla bağlı ötən ay 23 min manata yaxın cərimə tətbiq olunub

2018-ci ilin iyul ayı ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi mühafizə olanan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında reydlər keçirilib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, reydlər zamanı 35 akt və protokol tərtib edilib, qanun pozucularından 4 ədəd ov tüfəngi götürülüb və onlara ümumilikdə 22 854 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub.

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.

Dekabr ayında DOLLARLA BAĞLI - İqtisadçı AÇIQLADI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR