"Yuventus" hücumçusu Marko Pyatsanı icarəyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 23 yaşlı futbolçu Fiorentina-ya keçib. Xorvatiya millisinin üzvü florensiyalıların heyətində 1 il çıxış edəcək. Bu keçid üçün "qoca sinyora"ya 2 milyon avro ödənilib. Müqavilədə satın alma şərti də yer alıb.

Qeyd edək ki, Pyatsa 2016-cı ildə Zaqreb "Dinamo"sundan 23 milyon avroya "Yuventus"a keçib.

Milli.Az