Bundan başqa, hazırda Bakı şəhərinin digər əraziləri üzrə 79 sayda pasportlaşdırılmış taksi dayanacaqlarının və bu dayanacaqlarda yerləşdirilməsi nəzərdə tutulmuş minik avtomobillərinin sayı dəqiqləşdirilir. Onların təxmini sayı 800-900 vahid olacaq.
Xatırladaq ki, beynəlxalq idman oyunları vaxtı Bakı şəhərinin mərkəzi hissəsində istismar olunan avtobus marşrutlarının iş rejiminin saat 02:00-dək uzadılması nəzərdə tutulub.