Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Yanvar
20:29 12 Yanvar 2015
161 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

Söz azadlığı odur ki, heç bir insan alçaldıla, təhqir oluna, ləyaqəti tapdana bilməz. Söz azadlığı o deyil ki, sən kimisə alçalda, təhqir edə, ləyaqətini tapdalayasan. Parisdə baş verən və bütün dünyanı ayağa qaldıran hadisələri dəyərləndirən zaman bu gerçək unudulur. Fransa paytaxtında baş verənləri terror aktı kimi dəyərləndirirsinizmi sualı absurddur. Redaksiyaya silahlı basqın da, Charlie Hebdo jurnalının yürütdüyü siyasət də birmənalı şəkildə terrordur. Birincilər fiziki terror, ikincilər isə mənəvi terror həyata keçiriblər. İnsanları öldürmək də, onların dəyərlərini təhqir etmək, alçaltmaq da terrordur, mahiyyətcə birinin digərindən ciddi fərqi yoxdur. Məhəmməd peyğəmbərin qisasını aldıq deyən Kuşai qardaşları da, bütün dünya mətbuatını Charlie Hebdo ilə həmrəylik nümayiş etdirmək üçün peyğəmbərin karikaturasını təkrar dərc etməyə çağıran Xodorkovski də eyni dərəcədə dəyərsiz insanlardır. Bu məsələnin mənəvi tərəfi. Siyasi tərəfinə gəlincə, bu hadisə niyə indi baş verdi və niyə dünyanın bir nömrəli gündəm mövzusuna çevrildi sualı maraq doğurur. Dünya iqtisadi böhran ərəfəsindədir, fövqəldövlətlər adətən cəmiyyətlərin diqqətini böhrandan yayındırmaq üçün ya mövcud münaqişələri qızışdırır, ya yeni münaqişə ocaqları yaradırlar. Məqsəd cəmiyyət üçün süni şəkildə təhdid mənbəyi yaratmaq, təhdidin səbəbkarlarını göstərmək və sizin hüquq və təhlükəsizliyinizi lazımınca təmin edə bilməməyimin səbəbi bunlardır deyərək vəziyyətdən çıxmaqdır. İndiki oyunda təhdid mənbəyi islam dini, terror və Avropanı bürüyən miqrantlar göstərilir. Qürub dövrünü yaşayan Avropa bir gerçəyi unudur: Təsir əks-təsirə bərabərdir və ya çomağın iki başı var. Çünki indiki dönəmdə dünyanı din üzərində iki qütbə bölməyin ən böyük zərəri məhz Qərbə dəyə bilər. Dünən Parisdə keçirilən mitinqdə verilən mesajlar göstərir ki, Qərb liderləri bu təhlükəni yaxşı anlayırlar.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190132

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR