İdlibdəki partlayışda ölənlərin sayı 67 nəfərə çatdı

Suriyanın İdlib şəhərində dünən meydana gələn partlamada ölənlərin sayı 67 nəfərə çatıb.

Metbuat.az "Milliyyet"ə istinadla xəbər verir ki, "Ağ Bərəlilər" adlı təşkilatın müdiri Mustafa Yusuf AA müxbirinə partlayışla bağlı açıqlama verib. Onun sözlərinə görə, partlayış İdlibin şimalından köçənlərin məskunlaşdığı bölgədə yerli saatla 04:00 radələrində meydana gəlib. Partlayış nəticəsində 6 mərtəbəli iki bina dağılıb. Dağıntılar altından 35-i qadın və uşaq olmaqla 67 vətəndaşın cansız bədəni çıxarılıb. 50 nəfər də yaralanıb.

Partlayışın başvermə səbəbi araşdırılır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR