Massaçusets Texnologiya İnstitutu Yüksək Texnologiyalar Parkı ilə birgə startap layihələri reallaşdıracaq

Massaçusets Texnologiya İnstitutu Yüksək Texnologiyalar Parkı ilə birgə startap layihələri reallaşdıracaq
04:35 14 Avqust 2018
Ölkə mətbuatı
A- A+

Massaçusets Texnologiya İnstitutunun (MTİ) “Qlobal Startap Labaratoriya”sının rəhbəri Qianq Çui Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Yüksək Texnologiyalar Parkını (YTP) ziyarət edib.
 
Görüş zamanı YTP-nin direktoru Tural Kərimli parkın fəaliyyəti haqqında qonağa ətraflı məlumat verərək gələcək planlardan danışıb. O, həmçinin bildirib ki, şəxsi biznes qurmaq üçün düzgün yanaşma və lazımi təcrübə əldə etmək istəyən startapçılar öz layihələrini sürətli inkişaf etdirmək məqsədi ilə Yüksək Texnologiyalar Parkının “Fast Track – Akselerasiya Proqramı"na müraciət edə bilərlər. 
 
Qianq Çui isə öz növbəsində “Qlobal Startap Labaratoriya”sının təlim və proqramları barədə danışıb. O, Yüksək Texnologiyalar Parkının “Fast Track – Akselerasiya Proqramı” çərçivəsində qarşıya qoyduğu vəzifələri həyata keçirməkdə lazımi dəstəyin göstərilməsinə hazır olduğunu vurğulayıb.  

Bundan başqa, Massaçusets Texnologiya İnstitutunun “Qlobal Startap Labaratoriya”sı ilə birgə layihələrin reallaşdırılmasına, startapçılar üçün mentor dəstəyinin göstərilməsinə, mübadilə proqramlarının həyata keçirilməsinə dair razılıq əldə olunub.




Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-56036-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR