Əfqanıstanda "Taliban" hərbi düşərgəyə hücum edib -

"Taliban" militanları Əfqanıstanın şimalındakı Fəryab şəhərinin Gormaç rayonundakı hərbi düşərgəyə hücum edib.

Metbuat.az "Miliyyet.com"a istinadla xəbər verir ki, 209-cu Şahin korpus Komandanlığı sözçüsü Hanif Rezai hücum zamanı düşərgədə 70 əsgərin olduğunu, onlardan 20-sinin öldüyünü, yaralılar olduğunu, digər əsgərlərin isə əsir düşdüyünü bildirib.

"Taliban"dan verilən açıqlamada isə düşərgədə daha çox əsgər olduğu irəli sürülüb. Hücumda 43 əsgərin öldüyü, 17-sinin yaralandığı, 57 əsgərin isə əsir alındığı iddia edilib.

Aysel Yaqubqızı / Metbuat.az

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 436 nəfərə çatıb


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR