Goranboyda yük maşını maneəyə çırpılıb

Goranboyda yük maşını  maneəyə çırpılıb
03:57 15 Avqust 2018
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax avtomobil yolunun Goranboy ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, rayonun Goran qəsəbəsi ərazisi ilə hərəkətdə olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol ayrıcındakı metal maneəyə çırpılıb.

Nəticədə magistral yolda bir müddət qismən tıxac yaranıb. Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda avtomobillərin hərəkəti tam bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/676649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR