200 milyon yaşı olan uçan dinozavr növü kəşf edildi - Qanadları 12 metrdir

Alimlər ABŞ-da 200 milyon yaşı olan uçan dinozavr (pterosaur) növü kəşf ediblər.

Metbuat.az BBC-yə istinadla bildirir ki, Brigham Young Universitetinin Geoloji Elmlər üzrə professoru Brooks Britt araşdırmalar əsnasında sümüklər tapdıqlarını və bunların 200 milyon il əvvələ aid olduğunu güman etdiklərini bildirib.

Britt qeyd edib ki, araşdırmalar zamanı 18 min ədəd sümük tapıblar. O, uçan dinozavrların bu növünə "müqəddəs külək" adını verdiklərini deyib.

Pterosaur növlərinin dünyada yaşayan ilk uçan canlılar olduqları deyilir. Pterosaurların ön ayaqlarından gələn qanadlarının genişliyi 12 metrə çatır.

Aysel Yaqubqızı / Metbuat.az

40 min yaşı olan at balası tapılıb - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR