Anidən düşüb öldülər - Qorxudan görüntü -

Türkiyənin Van gölündə çoxlu sayda quş növünün evi olan Adır və Çarpanak adalarında yaşayan qağayıların bir qismi tələf olub.

Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, tələf olan qağayılar əraziyə gələn Böyükşehir Bələdiyyəsi nümayəndələri tərəfindən təmizlənib.

Heyvanlar üzərində aparılan araşdırma və alınan qan örnəkləri nəticəsində onların istidən və acından öldüyü məlum olub.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR