Türkiyədə 16 yaşlı azərbaycanlı yoxa çıxdı, meyiti yol kənarından tapıldı

Türkiyənin İzmir şəhərinin Berqama qəsəbəsində itkin düşən 16 yaşlı azərbaycanlı Nail Quliyevin meyiti tapılıb.

Motosikletlə gəzintiyə çıxan yeniyetmə yolun kənarındakı boşluğa yuvarlanıb.

Qəsəbənin Zeytindağ məhəlləsində yaşayan qohumlarıgilə qonaq gələn N. Quliyev ötən gün satt 11-də 35 VTL 59 nömrəli motosikletlə gəzintiyə çıxıb. Lakin bir neçə saat keçsə yaxınları ondan xəbər ala bilməyiblər. Bundan sonra polisə məlumat verilib və onun axtarışlarına başlanılıb.

Bu gün N. Quliyevin meyiti Zeytindağ-Ödenmiş yolunda tapılıb və Necla Mithat Öztüre dövlət xəstəxanasının morquna gətirilib. Onun kaskasız idarə etdiyi motosikletin yol kənarındakı dərəyə yuvarlanması nəticəsində öldüyü bildirilir.

Hazırda qəza ilə bağlı araşdırma aparılır. // virtualaz.org


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR