İnfarkt keçirən sürücü sərnişinlərin həyatını belə XİLAS ETDİ - VİDEO

Türkiyənin Antalya şəhərində hərəkət halında olan avtobusun sürücüsü infarkt keçirib.

Mütbuat.az "CNN Türk"ə istinadən bildirir ki, özünü yaxşı hiss etməyən 47 yaşlı sürücü İsmayıl Atladı öncə çalışdığı şirkətə zəng edərək başqa avtobus çağırıb. Bir müddət yoluna davam edən sürücü ağrıları artınca "Məndən bu qədər. Dostlar, özümü çox pis hiss edirəm, gözüm qaralmağa başlayıb. Bu avtobusu burada saxlayıram, sizin üçün başqa birini çağırdım. Heç kimin həyatını riskə ata bilmərəm, mənim üçün təcili yardım gələcək"- deyərək avtobusu sağa çəkib.

Təcili yardım gələnə qədər sürücüyə sərnişinlər yardım göstərib. Daha sonra o təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Aysel Yaqubqızı / Metbuat.az

İtaliyadakı körpü faciəsindən dəhşətli FOTOLAR yayıldı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR