AMEA: Televiziyadakı yanlışlığa görə biz məsuliyyət daşımırıq

AMEA: Televiziyadakı yanlışlığa görə biz məsuliyyət daşımırıq
17:28 16 Avqust 2018
59 Digər
Ölkə mətbuatı
A- A+

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu 08 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət Kanalında “Keçmişdən Gələcəyə” televiziya verilişində efirə verilən qondarma Böyük Ermənistan xəritəsi ilə bağlı rəsmi açıqlama yayıb.

İnstitutdan Publika.az-a verilən məlumatda qeyd olunub ki, 08 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət Kanalında “Keçmişdən Gələcəyə” televiziya verilişində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən arxeoloji ekspedisiyasının rəhbəri t.ü.f.d Natiq Alışov və ekspedisiyanın üzvü Aliyə Adgözəlova qonaq qismində iştirak edib və Qafqaz Albaniyasında xristianlıq, bu sahədə aparılmış tədqiqatlar və Balakən rayon Tülü kəndində 2017-2018-ci illərdə aparılmış arxeoloji qazıntılarla bağlı geniş məlumat verilib: “11 avqust 2018-ci ildə Mədəniyyət kanalında “Keçmişdən Gələcəyə” verilişi efirə verilərkən aparıcının “Azərbaycan xəritəsinə nəzər salaq” ifadəsinə uyğun olmadan rus dilində qondarma Böyük Ermənistan xəritəsi kadr arxası efirə verilib”.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunu sözügedən xəritənin institutun əməkdaşları ilə heç bir əlaqəsinin olmadığını açıqlayıb:

“Adıçəkilən İnstitut əməkdaşları efirə gedən bu xəritəni televiziyaya təqdim etməyiblər və bu xəritəni digər tamaşaçılar kimi ilk dəfə televiziyada izləyiblər. “Keçmişdən Gələcəyə” verilişinin 11 avqust 2018-ci il tarixində efirə gedən buraxılışında kadrarxası montaj olunaraq göstərilən qondarma xəritəyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və verilişdə iştirak edən əməkdaşlarının heç bir aidiyyəti yoxdur və bunun üçün məsuliyyət daşımırlar”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/elmvetehsil/250727.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR