Vyetnam müharibəsi Bobko( Tonkin) körfəzi hadisəsi ilə başlayıb. Ağ evin Tonkin körfəzindəki hadisə gizli şifrələr altındadır və bu ABŞ kəşfiyyatının yalan və saxtalaşdırmasıdır. ABŞ-ın Vyetnamda hərbi əməliyyatları 10 il davam edib. Bu əməliyyatlarda 2,7 milyon amerikalı hərbiçi iştirak edib. ABŞ 58 min insan itirib, vergi ödəyicilər isə 11 milyard dollar. Həm şimali, həm də cənubi Vyetnam 2 milyon insan itkisi verib.
Milli.Az islaminsesi.info-ya istinadən bildirir ki, keçən əsrin 60-cı illərində Vyetnam 17-ci paralel üzrə parçalandı. Şimalda SSR-nin dəstəyi ilə Vyetnam Demokratik respublikası quruldu. Cənubda isə fransız müstəmləkəçiliyi öz yerini Amerika işğalına verdi. Cənubda vətəndaş müharibəsi qızışdı, bu da partizan müharibəsinə gətirib çıxardı. ABŞ kommunizm virusunun bura yayılmasının qarşısını almaq üçün 1964-cü ilin iyulunda Tonkin körfəzinə flot göndərdi.
O vaxt ki, məlumatlara əsasən bildirildi ki, Tonkin körfəzində toqquşma olub. Bu toqquşma zamanı Şimali Vyetnamın hərbi esminesi ABŞ-la toqquşdu. İlk atəşin kim tərəfindən hansı tərəfdən açıldığı hələ də məlum deyil. Bu toqquşmada ABŞ esminesi zədə almadı, amma Vyetnam tərəfdən gəmilər sıradan çıxsa da döyüşü davam etdirmək istədilər. Burada isə işə kəşfiyyat qarışdı. Kəşfiyyat guya Şimali Vyetnamın ABŞ-a meydan oxuma radio mesajlarını əldə etdi. Avqustun 7 -si isə ABŞ Konqresi Tonkin qətnaməsini qəbul etdi. Bu qətnaməyə görə Şimali Vyetnamın borbardmanı başladı.
Bəs doğurdanmı bu boyda müharibəyə və qırğına səbəb olmuş Tonkin qətnaməsi haqlı idi? Bu yaxınlarda Milli Təhlükəsizlik Agentliyi Tonkin hadisəsinə dair sənədləri öz saytına yerləşdirdi. Bu sənədlər arasında Robert Xeunokun - hərbi tarixçinin məqaləsi daha nəzərə çarpandır. Xeunok vurğulayır ki, əslində heç bir hücum olmayıb.
O ki qaldı kəşfiyyatın əldə etdiyi radio mesajlar ingilis dilinə doğru tərcümə olunmayıb. Xeunok öz sözünü əsaslandırmaq üçün bildirir ki, o zaman Ceyms Stokdeyl - hərbi təyyarəçi havada olub və o heç bir hücumun şahidi olmayıb. Qeyd edək ki, bir başqa müstəqil araşdırmaçı Metyü Eyda da bu nəticəyə gəlib.
Tonkin qətnaməsi Konqresdə iki səs elyhinə olmaqla qəbul olunub. Cəmi iki senator Ueyn Morze və Ernest Qryuniq bunun əleyhinə səs verib. Tonkin körfəzi hadisəsi bir daha göstərdi ki, ABŞ kəşfiyyatı özünə lazım olan məlumatları asanlıqla düzəldə bilir. Bu hadisədən sonra İraq(kimyəvi silah iddiası) ardınca Liviya kimi hadisələr bütün dünyaya yalnız bir sima göstərdi: Lazım olanda istənilən yalanı danışa bilən ABŞ hökuməti mövcuddur.
Milli.Az